Könül Xasıyeva Zaur Kamalı polisə verdi

13:48 22-11-2022 | icon 315 | Şou-biznes
Könül Xasıyeva Zaur Kamalı polisə verdi

Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib.

 

Bakupost.az-ın məlumatına görə, buna səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” (“Səni deyirlər” rubrikası) verilişində işlətdiyi ifadələr olub.

 

Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.

 

Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamaldan polisə şikayət edib.

 

Onun Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal idarəyə dəvət olunaraq dindirilib.

 

Aparıcı vurğulayıb ki, həmin fikirləri Bakupost.az-da yayımlanan müsahibəsi əsasında deyib.

 

Həmçinin, müsahibənin müəllifi, jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub.

 

Qeyd edək ki, müsahibədə K.Xasıyeva “Bu gün valideynlərinizin hər ikisi dünyasını dəyişib. İndi onlardan ən çox hansı üçün darıxırsınız?” sualını belə cavablandırıb:

- Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi ki, anamı atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım onu. Gedəndə atama dedim ki, necə ki evlənməmişdən qabaq anamın arxasınca sürünüb gəlib-getmisən, əgər anamı gəlib o məhəbbətlə aparacaqsansa, verəcəm onu sənə. Yox, elə olmayacaqsa, anamı sənə verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI