Müharibə yenidən başlayır?

09:32 23-11-2022 | icon 325 | Siyasət
Müharibə yenidən başlayır?

Nizami Verdiyev: "Azərbaycan hər iki varianta hazırdır"

 

“Azərbaycanın Ermənistanla olan “nə hərb, nə sülh” vəziyyəti çox çəkmiyəcək. Ya sülh prosesinə start veriləcək, ya da yenidən müharibə başlayacaq. Azərbaycan hər iki varianta hazırdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

 

Onun sözlərinə görə, Ermənistan adəti üzrə sülh müqaviləsinin imzalanması prosesini əngəlləməyə çalışır:

 

“Məsələ uzandıqca, Ermənistan məğlubiyyətdən özünə gəlir. Və revanşistlərin sayı çoxalır. Digər tərəfdən beynəlxalq dəstəyi də artır. Fransa, İspaniya kimi dövlətlər açıq şəkldə erməniləri dəstəkləyirlər. Amma heç nə alınmıyacaq. Məsələnin həllinin geci-tezi var."

 

N.Verdiyev hesab edir ki, Azərbaycanın Ermənistanla olan “nə hərb, nə sülh” vəziyyəti çox çəkmiyəcək. Ya sülh prosesinə start veriləcək, ya da yenidən müharibə başlayacaq. Onun sözlərinə görə, Azərbaycan hər iki varianta hazırdır:

 

“Azərbaycan “sülh yolu” seçib. Amma bu o demək deyil ki, biz yenə də 10, 20, 30 il oturub gözləyəcəyik. Ermənilər çox böyük səhv edirlər. Azərbaycan ordusu hazır vəziyyətdədir. Ordumuz anti-terror əməliyyatlara başlamaq və Ermnistanla sərhəddə təxribatlara cavab veməyə və onlara məğlubiyyət hisslərin yenidən yaşatmağa hazırdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər