Prokuror Emin Ağalarovu sorğuya çəkəscək 

17:41 23-01-2019 | icon 637 | Şou-biznes
Prokuror Emin Ağalarovu sorğuya çəkəscək 

 

 

Müğənni Emin Ağalarov ABŞ-dakı qastrolları başqa tarixlərə keçirə bilməsə, öz amerikalı pərəstişkarlarının biletlərə xərclədikləri pulları geri qaytaracağını söyləyib.

 

Versus.Az xəbər verir ki, o, ABŞ tərəfinin ona qarşı irəli sürdüyü ittihamların “fantastika aləmi”ndən olduğunu bildirib.

 

Daha əvvəl musiqiçinin vəkili Skott Balber NBC telekanalına bildirib ki, ABŞ-ın “Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller rusiyalı müğənni E.Ağalarovun sorğu edilməsi üçün müraciət göndərib. Dünən E.Ağalarov “Twitter” hesabından ABŞ və Kanadaya qastrol səfərlərini ondan asılı olmayan səbəblərə görə təxirə saldığını bildirib.

 

“Mən heç bir qanunu pozmamışam, gizlədəcəyim heç nə yoxdur. Əgər nəticədə məni hardasa tutub kameraya oturdacaqlarsa və uzun illər ifadə verəcəyəmsə, nə etmək olar? Taleyin hökmü belə olacaq. Əlbəttə ki, istəməzdim elə olsun, ancaq yenə də mən heç bir sərhədi, qanunu pozmamışam. Prinsipcə, bu gülməlidir. Müzakirə olunan və irəli sürülənlərin hamısı “fantastika aləmi”ndəndir”, - deyə E.Ağalarov “Rossiya 24” telekanalının efirində deyib.

Daha əvvəl ABŞ mətbuatı yazmışdı ki, ABŞ prezidentinin oğlu kiçik Donald-Tramp 2016-cı ilin iyununda “Crocus Group” şirkətinin rəhbəri Araz Ağalarovun oğlu E.Ağalarovun vasitəsi ilə guya Kremldə əlaqələri olan rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşüb və ona Hillari Klintona qarşı kompromat hazırlamağı tapşırıb. Sonradan kiçik Tramp bildirib ki, N.Veselnitskayada heç bir önəmli məlumat olmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı