Himni oxumadıqlarına görə repressiyalarla üzləşə bilərlər

09:51 24-11-2022 | icon 323 | İdman
Himni oxumadıqlarına görə repressiyalarla üzləşə bilərlər

İran millisi dünya çempionatının qalan oyunlarında da dövlət himnini oxumaqdan imtina edərlərsə, komanda repressiyalarla üzləşə bilər.

 

Bu barədə Tehran rəsmilərinin bəyanatlarından aydın olur.

 

Belə ki, Tehran şəhər şurasının sədri Mehdi Çamran iranlı futbolçuların İngiltərə yığması ilə oyundan əvvəl himn oxumamasını kəskin tənqid edib və bunun cəzasız qalmayacağını bildirib.

 

“Biz heç vaxt imkan vermərik ki, kimsə himnimizi, bayrağımızı təhqir etsin. İran sivilizasiyasının bir neçə min illik tarixi var. Bu sivilizasiya Avropa və Amerika sivilizasiyalarının cəmi kimi qədimdir”, - deyə o əlavə edib.

 

Britaniyalı İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə sədrlik edən mühafizəkar deputat Alisiya Kerns iranlı oyunçuların həyatlarının təhlükədə olduğunu bildirib. O, iranlı futbolçuların addımını “cəsarətli siyasi bəyanat” adlandıraraq, sığınacaq istədikləri təqdirdə Britaniyanın onlara dəstək olmasına çağırıb.

 

Xatırladaq ki, İranın milli futbol komandasının üzvləri Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə oyundan əvvəl dövlət himnini oxumaqdan imtina ediblər. Komandanın futbolçusu Əlirza Cahanbəxşin sözlərinə görə, bu yolla idmançılar ölkədə baş verən etirazlara dəstək və onların qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər. Qeyd edək ki, görüş İngiltərə millisinin 6:2 hesablı darmadağını ilə yekunlaşıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol