DTX Naxçıvanda həbslərə başladı
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb.
Versus.Az xəbər verir ki, məhkəmə 24.11.2022-ci il tarixli qərarı ilə prosesdə vəkili ilə iştirak edən Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.
Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"