“Bakının açarı” filminin Qala gecəsi CinemaPlus-da

17:00 23-11-2022 | icon 326 | Film
“Bakının açarı” filminin Qala gecəsi CinemaPlus-da

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Azərbaycan Film Akademiyasının “Bakının açarı” detektiv filminin Qala gecəsi baş tutub.

 

Filmin rejissoru: Zaur Tahirsoy.

 

Baş rollarda:  Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli.

 

Film haqqında qısa məlumat:

Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.

 

Tədbirin təşkilində Cinema Distribution və «MADO» restoranı dəstək göstəriblər.

 

Qeyd etmək istərdik ki, film noyabrın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol