“Rusiya Qarabağdakı rejimi de-fakto tanıyıb və özünə bağlamaq istəyir”

09:37 26-11-2022 | icon 338 | Siyasət
“Rusiya Qarabağdakı rejimi de-fakto tanıyıb və özünə bağlamaq istəyir”

Natiq Cəfərli: "Bu qanunsuz əməllərin qarşısı alınmalıdır"

 

“Rusiya sülhməramlılarının fəaliyyəti dövlət maraqlarına zidd xarakter daşıyır. Rus hərbi kontingenti imzalanmış 10 noyabr sazişinə də ziddir və Qarabağda öz mandatlarına uyğun olmayan işlərlə məşğul olmaqla yanaşı, Azərbaycanı günahkar çıxarmağa çalışırlar”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli Qarabağda yerləşən rus sülhməramlılarının Azərbaycana qarşı yalan bəyanatlar verib, ölkəmizi atəşkəsi pozan tərəf kimi ittiham etməsi ilə bağlı açıqlamasında bildirib.

 

N.Cəfərli bildirib ki, Azərbaycan artıq daha kəskin tədbirlərin görülməsi üçün ya danışıqlar, ya da öz müstəsna səlahiyyələrindən istifadə edərək bu qanunsuz əməllərin qarşısı alınmalıdır:

 

“Birinci növbədə Laçın yolu tamamilə Azərbaycanın nəzarətinə keçməlidir, nəzarət buraxılış məntəqəsi yaradılmalıdır. Çünki Rusiya sühməramlıları bu yoldan humanist addımlar üçün yox, separatçı rejimə silah daşıyır və rejimi silahlandırmaq üçün istifadə edir. Rusiya Qarabağdakı rejimi de-fakto tanıyıb və özünə bağlamaq istəyir.  Ona görə də Azərbaycan tərəfi adekvat addımlar atmalıdır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı