"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

09:42 26-11-2022 | icon 363 | Siyasət
"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

Əli Mustafa: "Bütün hallarda məsuliyyəti sülhməramlıların üzərinə qoymaq lazımdır"

 

"Atəşkəsin pozulması ilə bağlı məsələlər hər zaman olacaq. Ona görə də məncə burda rus sülhməramlılarının vəzifələrini, mandatını çözmək lazımdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Əli Mustafa deyib.

 

O bildirib ki, əgər sülhməramlılar burda məhz tərəflər arasında sülhü, əməkdaşlığı saxlamağa, sakitliyi təmin etməyə gəliblərsə, bunu da etməlidilər:

 

“Etmirlərsə, artıq bu, bütün hallarda, hətta hansı tərəfin atəşkəsi pozmasından asılı olmayaraq, məsuliyyəti sülhməramlıların üzərinə qoymaq lazımdır. O halda atəşkəs dayanacaq. Məncə daha çox gərginlik lazımdır ki, nəinki sülhməramlıların, digər dövlətlərin müdaxiləsinə zəmin olsun. Yəni bax bunun üçün orda çaxnaşmaları, provakasiyaları görəcəyik. Bunun üçün də təbii ki, sülh müqaviləsinin imzalanması kimi məsələləri sürətləndirmək lazımdır”.

 

Politoloq vurğulayıb ki, Qarabağda baş verən hadisələr, xüsusilə bu yeni hökumətin təşkili, Vardanyan və sair məsələlər də xoş olmayan proseslərdir. Onun sözlərinə görə, bəlkə də bu prosesləri də tətikləmək üçün əslində o provakasiyalar paralel aparılır:

 

“Düşünürəm ki, Azərbaycan Qarabağla bağlı məsələlərə çəki-düzən verməlidir. Əslində bu, birmənalı olaraq Azərbaycanın daxili işidir. Orda baş verən hər hansı müdaxilə, hadisə Azərbaycanın suverentitinə qəsddir. Bu kontekstdən də düşünürəm ki, nəhayət Azərbaycan tərəfi məsələləri bütövlükdə öz təşəbbüsünə götürməlidir. Və Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır".

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı