"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

09:47 26-11-2022 | icon 321 | Siyasət
"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

Telman Qasımov: "Onlar Qarabağda ancaq problemlər yaradırlar, gərginlikləri artırırlar"

 

"Rusiya sülhməramlıları Qarabağa gələndə də mən demişdim ki, bu, bunları sülhməramlı adlandırmaq düzgün deyil. Yəni biz araşdırarkən görürük ki, Rusiya Sülhməramlıları adı altında hansı ölkədə olublarsa, orda üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyiblər, əksinə, başqa məsələlərə müdaxilə ediblər. Bunu elə Abxaziya, Osetiya, Moldoviya timsalında da qeyd edə bilərik. Yəni getdikləri yerlərdə ancaq bəd əməllərlə məşğul olublar. Baxmayaraq ki, onlar simvolik kimi sülh göyərçinləridir, amma əməllərinə baxanda görürsən ki, heç də sülh gəyərçinləri deyillər. Çünki sülh göyərçinlərinin məram və məqsədləri sülh gətirməkdi, bəd əməllərdən uzaq olmaqdır. Bunların işləri isə ancaq aranı qatmaqdır. Ona görə də bu sülhməramlılarından da hansısa yaxşı əməli gözləmək biz tərəfdən bir sadəlovhlük olar”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

 

Onun sözlərinə görə, rus sülhməramlıları Qarabağda təmsil olunandan ancaq problemlər yaradırlar, gərginlikləri artırırlar:

 

“Ordakı ermənilərə gah humanitar yardımlar edirlər, dəstək olurlar. Ay sülhməramlılar, humanitar yardım edirsənsə, azərbaycan qaçqınlarına niyə eləmirsən, onların niyə öz torpaqlarına qayıtmalarına şərait yaratmırsan, o minalanmış ərazilərin təmizlənməsinə dəstək olmursan ki, bu insanlar vaxtında qayıtsınlar öz torpaqlarına, vətənlərinə?

Göründüyü kimi, Rusiyanın bu ikibaşlı oyunu davam edir. Bildiyiniz kimi, bu yaxınlarda Xankəndidə mitinq keçirildi, orda yenə də bu sülhməramlıların ailə üzvləri mülkü geyimlərdə iştirak elədilər, mitinqə dəstək verdilər. Gördüyünüz kimi, Xankəndidə həmin o hərbçilərin ailələrinə erməni dili kursları açılıb. Bunlar əgər müvəqqəti gəliblərsə bura, nəyə lazımdır bunları eləmək? Yəni bütövlükdə bir çox məsələlər sadalamaq olar ki, burda sülhməramlılar öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər, tamamilə fərqli işlərlə məşğuldular”.

 

Atəşkəsin pozulması məsələsinə hərbi ekspert bildirdi ki, bunlar burda xüsusi tapşırıqlarla bunu edirlər. Onun fikrincə, sülhməramlılar özbaşlarına hansısa qərarı verməzlər:

 

“Çox güman ki, Kremldən gələn göstərişlərdir ki, bu formada çıxış edir, belə bəyanatlar verirlər ki, guya Azərbaycan tərəfi atəşkəsi pozur. Atəşkəsi niyə pozmalıdır ki, Azərbaycan? Azərbaycan o əraziləri işğaldan təmiz edibsə, hazırda orada quruculuq, tikinti işləri gedirsə, niyə vəziyyəti gərginləşdirməliyik? Çox şükür ki, Azərbaycan tərəfindən hələ bu sülhməramlıların mandatı imzalanmayıb və ratifikasiya olunmayıb. Əgər beynəlxalq qanunlarla yanaşsaq, bəlli olur ki, rus sülhməramlıları Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər. Çümki onların Azərbaycan dövləti tərəfindən mandatları təsdiqlənməyib. Üç il qalıb, görək bu üç il müddət nə zaman çatacaq yığışıb çıxıb getsinlər. Çünki bunların Azərbaycanda gəlib məskunlaşmasına ehtiyac yoxdur. Azərbaycanla bağlı əlaqələri yoxdur, yox əgər ermənilərə görə gəliblərsə, dəfələrlə dövlət səviyyəsində də deyilib ki, Qarabağda yaşayan ermənilərin problemləri ilə bağlı Azərbaycan öz vətəndaşı olaraq özü məşğul olacaq. Sülhməramlılar isə vəziyyəti qızışdırıcı rolunda oynayırlar. İmkan vermirlər ki, Azərbaycan Qarabağda qalan erməniləri müəyyən qədər tərbiyələndirsin, əhilləşdirsin, eyni zamanda sərhədlər möhkəmlənsin, sülh müqaviləsi imzalansın. Çalışacaqlar ki, vəziyyəti gərginləşdirsinlər. Çünki regionda vəziyyət nə qədər gərgin olarsa, rusun orda qalma şansı artır".

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır