Bu qız çəhrayı RƏNGƏ ərə getdi

09:10 28-11-2022 | icon 305 | Maraqlı
Bu qız çəhrayı RƏNGƏ ərə getdi

Rəngə ərə gedən ilk qadın kimi dünyaya səs saldı

 

ABŞ-ın Kaliforniya ştatından olan, "planetin ən çəhrayı adamı" kimi tanınan Kitten Key Sera 2018-ci ildə evini və geyimlərini tam çəhrayı etmək üçün 1,35 milyon dollardan çox pul xərclədikdən sonra indi də rəngə ərə gedən ilk qadın kimi dünyaya səs salıb.

 

Bu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEO

 

O, 40 ildən çox "çəhrayı rənglə tanışlıqdan" sonra bu qərara gəldiyini bildirib.

 

Toy mərasiminə başdan-ayağa çəhrayı geyinən Key Sera çəhrayı "Şevrolet"də gəlib, özünə çəhrayı üzük alıb və bu günü həyatının ən vacib günü adlandırıb.

 

Bu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEO

 

Onun toy tortu da, təbii ki, çəhrayı olub.

 

Bu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEO

 

Kitten 20 yaşında olarkən şənliyə tamamilə çəhrayi rəngdə gedən gündən bu rəngə aşiq olub.

 

"Həmin gün özümü möhtəşəm hiss edirdim. O zaman düşündüm ki, bu qədər çəhrayı rəng üzərimdə olduqda özümü belə gözəl hiss edirəmsə, niyə hər gün bu rəngdə geyinməyim? Mavi cins və bəyaz köynək geyinmək mənə artıq mənasız gəlirdi. Yenidən çəhrayı rəngə bürünmək üçün xüsusi gün gözləmək istəmirdim. Texas ştatının doğma Hyuston şəhərini tərk edib Hollivudun parlaq çəhrayı işıqlarına tərəf yollana bilmək üçün maşınımı satdım.

 

"Göyərçin"lərlə dolu dünyada "çəhrayı flaminqo" olduğumu bildirmək mənə xoşdur. İnsanlarla dolu küçədə getdikdə hər kəsin boz və qara geyindiyini görürəm. Kreativlik, fərqlilik yoxdur. Lakin yenə də insanlar mənim dəli olduğumu düşünürlər. Olsun. Mən heç kəs kimi deyiləm, təkəm!"- deyə Sera etiraf edib.

 

Kitten rəngə ərə gedən ilk qadın olsa da, bu nikah bənzərsiz deyil. Daha öncə də modellərdən biri özü özünə ərə gedib, lakin sevgisini başqasında tapdıqdan sonra özündən boşanıb. Bundan başqa, ağac və heyvanlarla da ailə quranlar olub. /big.az/

 

Bu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEOBu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEOBu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEOBu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEOBu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEOBu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEOBu qız çəhrayı RƏNGƏ ərə getdi - FOTO-VİDEO

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin