Fuad Əliyevdən QƏTİ ETİRAZ

08:35 28-11-2022 | icon 622 | Siyasət
Fuad Əliyevdən QƏTİ ETİRAZ

Fuad Əliyev: "İndiki dövrdə münasibətləri minimum həddə saxlamalıyıq"

 

“Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. İndiki dövrdə isə münasibətləri minimum həddə saxlamalıyıq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev Azərbaycanın Fransadakı yeni təyin olunan səfirin etimadnaməsinin qəbuluna etiraz bildirib:

 

“Bir neçə gün bundan qabaq, Azərbaycanın Fransaya yeni təyin olunan səfiri, hörmətli Leyla xanım Abdullayeva etimadnaməsini təqdim edib. Baxın, kim bizim səfirimizin etimadnəməsini qəbul edib. Fransa Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktorunun müavini. Nə Fransanın prezidenti, nə də Xarici İşlər naziri qəbul edib. Heç Fransanın Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktoru belə onu qəbul etməyib. Mənim fikrimcə, Azərbaycan XİN bu formatda təqdim etməməliydi və bundan imtina etməliydi. Hesab edirəm ki, bundan sonra biz də adekvat addımlar atmalıyıq. Necə olur ki, Fransanın prezidenti Makron başqa ölkələrin təyin olunan səfirlərinin etimadnamələrini şəxsən özü qəbul edir, Azərbaycan Respublikasının səfirinin etimadnaməsini Fransanın XİN protokol xidmətinin direktor müavini qəbul edir. Bu beynəlxalq normalara ziddir. Səfir yüksək diplomatik ranqdır və fəaliyyət göstərən ölkədə dövləti təmsil edir. Hesab edirəm ki, bu və digər antiAzərbaycan mövqeyinə görə, Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. İndiki dövrdə isə münasibətləri minimum həddı saxlamalıyıq”.

 

Prezident İlham Əliyevin Brüssel görüşündən imtina etməsi məsələsinə də toxunan Fuad Əliyev onun bu addımını təqdirəlayiq hesab edib:

 

“Bundan qabaq Brüsseldə üçtərəfli görüşlər baş tutmuşdu. Son görüşdə, Praqada birdən-birə Fransa peyda olundu, üçlük dördlük oldu. Adama deyərlər “Ay arvad, sən nə yuyulmamış çömçə kimi düşmüsən ortalığa”. Hesab edirəm ki, İlham Əliyev açıq və düzgün mövqeyini bildirərək görüşdən imtina etdi. Moskva, Vaşington və Brüssel formatı var. Biz bu formatlarda işimizi davam etməliyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...