Venesuelada ordu Maduronu seçdi

11:20 24-01-2019 | icon 414 | Dünya
Venesuelada ordu Maduronu seçdi

 

 

Venesuela parlamentinin spikeri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

 

Versus.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp da öz növbəsində Quaidonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.

***

Amerika Dövlətlərinin Baş Assambleyasının baş katibi Luis Almarqo da Xuan Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

“Prezident səlahiyyətlərinin icraçısı Xuan Quaidonu təbrik edirik. Ölkəyə yenidən demokratiyanın gətirilməsində o, bizim yardımımıza güvənə bilər”, - deyə Almarqo bəyanatında bildirib.

***

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu "qanunsuz prezident" adlandırıb.

***

Qvatemala, Ekvador və Kolumbiyada da Quaidoya dəstəyini ifadə edib və onu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

***

Venesuela Müdafiə Nazirliyi ölkədə baş verən siyasi xaosla bağlı bəyanat yayıb. Müdafiə naziri Lopes bəyanatda parlamentin spikeri Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi qəbul etmədiklərini açıqlayıb.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI