Rusiya yeni raket hücumuna keçə bilər

18:13 28-11-2022 | icon 355 | Dünya
Rusiya yeni raket hücumuna keçə bilər

Strateji bombardmançılar hazırlanır

 

“Rusiya Federasiyası yeni raket zərbələri dalğasına hazırlaşır, bunun üçün Qara dənizə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb”.

 

Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qomenyuk telemarafon zamanı məlumat verib.

 

“Uzun müddətdən sonra ilk dəfə Qara dənizdə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb. Göyərtəsində səkkiz “Kalibr” raketi daşıyan yerüstü raketdaşıyıcının ortaya çıxması hazırlıqların getdiyindən xəbər verir”, - deyə Qomenyuk bildirib.

 

Təchiz edilmiş raketdaşıyıcılar Rusiya qoşunlarının baza nöqtələrində yerləşir, onlardan bir neçə saat ərzində istifadə oluna bilər.

 

“Bilmək lazımdır ki, hava hücumu həyəcan siqnalları kritik ola bilər. Çox güman ki, həftənin əvvəli belə bir hücumla başlayacaq”, - deyə spiker qeyd edib.

 

Spiker həmçinin ukraynalıları həyəcan siqnallarını gözardı etməməyə çağırıb.

 

Eyni zamanda Rusiya Aerokosmik Qüvvələrinin Xəzər dənizi istiqamətindən 20-yə yaxın strateji bombardmançı hazırladığı bildirilib. Bundan əvvəl Dyagilev aerodromundan Engelsə əlavə “Tu-95”lərin göndərildiyi vurğulanıb.

 

Qeyd edilib ki, əvvəllər zərbələrin endirilməsi üçün eyni anda 11-ə yaxın təyyarədən istifadə edilirdi. /Vesti.ua/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI