"KTMT Ermənistanın könlünü almaq işini aparır”
“Ermənistan rəhbərinin regionda və bölgədə ikili fəaliyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan digər dövlətlərin narahatçılığına səbəb olub. Hesab edirəm ki, Ermənistanda keçirilən bu toplantı onu mərkəzdənqaçmadan yayındırıb, hansısa formada qəlibə salmaq xarakteri daşıyır”.
Bunu Versus.az-a Siyasi Hüquqların Müdafiəsi Təşkilatının rəhbəri Xəzər Teyyublu Ermənistanda keçirilən KTMT təşkilatının sammiti və ölkəmizə qarşı ola biləcək çıxışlarla bağlı açıqlamasında bildirib.
X.Teyyublu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilən toplantısı növbəlilik əsasında həyata keçirilir. O, KTMT-nin bu toplantısından regionla bağlı hər hansı ciddi mesajın veriləcəyini gözləməsə də, Ermənistanın keçmiş “post-sovet qəlibi”nə salmaq niyyətləri sərgilənə bilər.
“KTMT-nin bu toplantıda hansısa addımlar atacağına ciddi yanaşıram. Çünki Qafqazda yarımçıq qalan böyük işlər var. Qarabağ məsələsi tam həll olunmasa, ümumiyyətlə Qafqazda heç bir konflikt həll olunmayacaq. Qarabağ həll olunmasa Zəngəzur məsələsi həll olunmayacaq, Qarabağ həll olunmasa regionda Güneylə bağlı məsələlər, İranda gedən proseslər hansısa formada başqa istiqamətə yön ala bilər”.
Azərbaycanın KTMT -yə üzv qəbul olunması ilə bağlı ölkəmizə qarşı təhdid və təzyqlərin olduğunu deyən ekspert mövcud reallığa əsasən bu cür təhdidləri əhəmiyyətsiz sayıb.
“Ukrayna müharibəsi də bu təşkilatın gələcəkdə fəaliyyətinin nə olmasını qaranlıqda saxlayır. Bu baxımdan təşkilatın Yerevanda keçirdilən toplantısından və gələcəkdə daha da genişlənəcək struktura çevrilməsini düşünmürəm”.
KTMT-nin Azərbaycana qarşı hər hansı təsirlərinə gəlncə X.Teyyublu əslində Ermənistanın Qarabağ məsələsində bu niyyətdə olduğunu qeyd etməklə, heç bir təsir gücünə malik olmadığını bildirib.
“KTMT Qarabağ prosesində hərbi gücü ilə Ermənistanın yanında durmadı. Qarabağ məsələsi KTMT səviyyəsindən daha çox beynəlxalq müstəvidə müzakirə olunan məsələyə çevrildiyindən və Azərbaycanın haqq işi olduğundan həmin təşkilatlar prosesdən kənarda qaldı. Bu da Ermənistanı bu təşkilatdan incik salıb Qərbə yön alması prosesini başlatdı. Amma hələ ki, KTMT Ermənistanın könlünü almaq işini aparır”.
Bütün bunlarla yanaşı X.Teyyublu hesab edir ki, KTMT -də baş verən prosesləri izləmək və ayaq-sayıq olmaq lazımdır ki, gələcəkdə bixə qarşı hər hansı bir təhlükə yönəlməsin.
Pakizə Babazadə
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...