"Bu gün Ermənistan narahat olmalıdır"

16:17 29-11-2022 | icon 630 | Siyasət
"Bu gün Ermənistan narahat olmalıdır"

 

 

10 noyabr üçtərəfli atəşkəs sazişinə imza atan Rusiya və Ermənistanın öz öhtəliklərini yerinə yetirməməsi danışıqları Brüsselə qədər daşısa da, Ermənistanın sülhə cavab verməməsi üzündən bu danışıqlar formatı da dalana dirənə bilər. Ermənistan Fransa timsalında vasitəçilərin sayını artırmaqla sülh prosesini uzadır, üstəlik rus sülhməramlılarının Qarabağda öz missiyasına uyğun davranmaması Ermənistanın Azərbayacanı müharibəyə təhrik etdiyini, vəziyyətin gərginləşdirilməsinə yönəldiyini bir daha ortaya qoyur. İrandan Azərbaycana qarşı hücum təhdidlərinin ortaya çıxması da birmənalı qarşılanmır.

 

 

Versus.az xəbər verir ki, mövcud durumla bağlı suallarımızı cavablayan Milli Məclisin deputatı Hikmət Babaoğlu üç mühüm nüansa toxunub. 

 

-Hikmət müəllim, Azərbaycan Prezidentinin Brüssel görüşündən məlum imtinası danışıqlar prosesinin hansı istiqamətə yön aldığını göstərir və necə hesab edirsiz, bu Brüssel formatını iflasa apara bilərmi?

-Azərbaycan Prezidentinin Brüssel görüşü ilə bağlı ikirləri Ermənistanın sülh diplomatiyasını şantaj etməsinə cavab olaraq səsləndirilib.  Əslində Brüssel formatı post-müharibə dövründə formalaşan və ən ümidverici nəticələrə gətirib çıxarda biləcək formatlardan biri kimi qəbul edilirdi. Ermənistan  sülh istəmədiyinə görə bu formatla bağlı manipulyasiya etməyə və nəticədə şərt qoymağa başladı. Şübhəsiz ki, qalib bir ölkəyə qarşı şərtlər irəli sürmək mümkün deyil. Üstəlik əgər bu şərtlər regional sülhə töhfə verməyəcəksə və beynəlxalq hüquqa zidd olacaqsa, heç cür mümkün deyil. Azərbaycan isə heç bir danışıq prosesini boykot etmir və yaxud imtina etmir. Sadəcə olaraq Ermənistanın diplomatik manipulyasiyaları belə bir mürəkkəb vəziyyət yaradır. Əlbəttə ki, sülh üçün müddətin əhəmiyyəti, nə zaman baş verəcəyi bizim üçün o qədər də vacib deyil. Çünki biz ərazi bütövlüyümüzü bərpa etmişik və faktiki olaraq bu gün hər tərəfə yollarımız açıqdır. İqtisadi kommunikasiyalar vasitəsi ilə özünü blokadaya salan Ermənistandır. Şübhəsz ki, mümkün sülh bütün kommunikasiyaların açılmasını nəzərdə tutur.  Ermənistanın ən yaxın qonşuları ilə belə normal əlaqələr quracağı kommunikasiyalar yoxdur. Ona görə də bu gün Ermənistan narahat olmalıdır. Azərbaycan yenə də sülh istəyir və Ermənistanın öz öhtəliklərini yerinə yetirməsini tələb edir. Çünki sülh Zəngəzur dəhlizindən, Zəngəzur dəhlizi vasitəsi ilə kommunikasiyaların açılmasından keçir.  Söhbət təkcə dəmir yolunun deyil, ona paralel olaraq avtomobil yolunun açıqlmasından keçir. Çünki bu, üçtərəfli sazişin 9-cu maddəsində qeyd olunur. Ermənistan özünü çox ağıllı hesab edir, düşünürlər ki, Zəngəzur yolundan Dəmir yolu xəttinin keçməsinə razılıq verəcəklər, Rusiya ilə dəmir yolu ilə birbaşa əlaqə quracaqlar, Azərbaycana isə öz qərb rayonları ilə avtomobil yolu ilə əlaqə qurmasına imkan verməyəcəklər. Bu mümkün olan məsələ deyil. Ona görə də yaxşı olardı ki, Ermənistan bu cür sülhə qarşı təxribatlardansa, real vəziyyəti düzgün qiymətləndirib proqressiv mövqe nümayiş etdirə bilsin.

 

-Ermənistan-Azərbaycan arasında aparılan danışıqlarda əsas vasitəçi olan Rusiyanın üçtərəfli sazişin öhtəliklərinin yerinə yetirilmədiyini müşahidə etməklə yanaşı, sülhməramlıların Qarabağda hansı neqativ mövqe sərgilədiyini də müşahidə etməkdəyik. Rusiya sülhməramlıları Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaqdan çəkinmir və Qarabağda Azərbaycan toponimlərini erməni adları ilə adlandırır, erməni separatçı rejimini az qala respublika adlandıraraq özbaşına fəliyyətini davam edir. Buna qarşı hansı cavab addımları atılmalıdır?

-Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları öz missiyalarına adekvat davranmırlar. Birincisi, hələ də onlar üzərilərinə götürdükləri öhtəlikləri yerinə yetirmirlər. Həmin öhtəliklərdən biri o idi ki, Rusiya sülhməramlıları əraziyə daxil olan kimi paralel olaraq erməni silahlı birləşmələri  Azərbaycan ərazilərindən çıxrımalı idi. Üçtərəfli sazişin 4-cü maddəsi hələ də yerinə yetirilməyib.

İkincisi, get-gedə sülhməramlı misisyaların olduğu ərazilərdə ermənilər daha da aqressivləşir və bizim mövqelərimizi atəşə tuturlar. Bu da yolverilməzdir. Üstəlik, Rusiya sülhməramlıları Azərbaycanın ərazilərini, inzibati vahidlərini, toponimlərini erməni dilində deməklə yenə də sülh missiyası deyil, hansısa başqa bir missiya iddiasında olduqlarını ortaya qoymuş olurlar. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Əminəm ki, bu xəbərdarlıqdan sonra qətiyyətli addımlar atıla bilər. Çünki biz artıq post-müharibə dövründə, Fərrux, “Qisas” əməliyyatı təcrübəsini keçmişik. Və biz bilirik ki, regionda vəziyyət belə davam edərsə, Azərbaycan daha qətiyyətli addımlar atacaq.

 

O ki qaldı Azərbaycan-Ermənistan-Rusiya üçbucağında danışıqların aparılmasına Azərbaycan Prezidenti də Praqada qeyd elədi ki, biz Gürcüstan-Azərbaycan–Ermənistan platforması yarada bilərik.  Mən düşünürəm ki, bu platforma sülh üçün ən uyğun platforma ola bilər.  Və nə “Ermənistanın böyük bacısı Fransa”, nə də digər aktorlar proseslərə müdaxilə edə bilməzlər. Çünki bu platformada iştirak edən üçüncü, yaxud dördüncü dövlət mütləq danışıqlar prosesində öz maraqlarını güdəcəkdir və regiona müdaxilə ertmək üçün müəyyən mexanizmlər qurmağa çalışacaqdır. Ona görə də Azərbaycan Prezidenti Gürcüstan-Azərbaycan-Ermənistan platformasını təklif etdi.  Düşünürəm ki, bir qədər realist olmaq lazımdır. İndiki mərhələdə qlobal aktorlarının mövqeləri müəyyən qədər təsiredici rol oynaya bilər.  Ancaq Ermənistan rassional davranarsa, regiondakı prosesləri düzgün qiymətləndirməyi bacararsa,  öz maraqlarının ən optimal yollarını tapmağa cəhd edərsə, başa düşəcək ki, ən yaxşı platforma Cənubi Qafqaz platforması ola bilər ki, Azərbaycan prezidenti artıq bu təklifi irəli sürüb.

 

 

-Məlumdur ki, Zəngəzur yolunun açılması ilə bağlı maniə yaradan əsas aktorlarından biri də İrandır.  Son günlər SEPAH-a bağlı teleqram kanalları İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair xəbərlər paylaşır. Məsələyə İranla münasibətlər kontekstində yanaşsaq, mövcud vəziyyəti necə əlaqələndirmək olar?

-İran daim Azərbaycana müstəmləkə gözü ilə baxıb.  Azərbaycanın güclənməsi, müstəqil olması, üstəlik də Zəngəzur dəhlizini açması, İranda yaşayan milyonlarla azərbaycanlı üçün bir ilham mənbəyinə çevrilir. Onların dil, mədəniyyət hüquqlarını müdafiə etməsi üçün bir cazibə yaradır. Ona görə də İran hesab edir ki, Azərbaycan güclənərsə, İranda yaşayan azərbaycanlılar da güclənə bilər. Buna görə də daima Azərbaycana qarşı aqressiv mövqe, güc nümayiş etdirir. Amma baş verən hadisələr onu göstərir ki, bu cür vasitələrlə Azərbaycana təsir etmək mümkün deyil. Ona görə ki, İranda yaşayan 40 milyon azərbaycanlı icazə verməz ki, fars rejimi Azərbaycana qarşı hansısa addımları atsın. Ona görə də əgər İran doğrudan da özünün dövlətçilik maraqlarını,  vətəndaşlarının, 52 faiz İran azərbayacanlılarının maraqlarını düşünürsə, bu cür sərt ritorikadan, güc nümayiş etdirməkdən əl çəkməlidir.  İran Ermənistanı müdafiə etməkdən əl çəkməlidir. Çünki Ermənistanı müdafiə etməklə öz vətəndaşlarının maraqlarının əleyhinə getmiş olur. Belə olan halda İrandakı türklər və qeyri türklər, amma imanlı müsəlmanların hamısı İran rejimindən soruşacaq ki, nəyə görə siz Məscidlərə donuz bağlayan Ermənistanı müdafiə edirsiz. Bax onda İran hökumətinin onlara verməyə cavabı olmayacaq. Ona görə də düşünürəm ki, İran Azərbyacana müstəmləkə gözü ilə baxmaqdan əl çəkməli və Azərbaycana qarşı apardığı hər üç  - tiryək, narkotika, cəsusluq, dini-ideoloji müharibəni dayandırmalıdır. Əslində bu komponentlərin heç biri Azərbaycana qarşı işələmir. Çünki İran, Azərbaycan xalqı da görür ki, səmimi islam ölkəsi, islam ölkəsini dağıdan xiristian ölkəsi ilə müttəfiq ola bilməz. (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...