Kanadalı səlahiyyətlilərdən etiraf

10:55 30-11-2022 | icon 363 | Maraqlı
Kanadalı səlahiyyətlilərdən etiraf

Ərazi uğrunda mübarizədə qazlara məğlub olduq

 

Kanada sakinlərinin köçəri qazlarla başları dərddədir və belə görünür ki, hələ bir müddət də belə davam edəcək. Belə ki, yaşayış yerlərində məskunlaşan vəhşi qazlar sakinləri qorxudurlar: hücum edir, heyvanları təqib edir, ətrafı zibilləyirlər. Kanadalı səlahiyyətlilərin quşlarla mübarizəsi isə uğursuzluğa düçar olub.

 

İllinoys Universitetinin alimləri qazları qorxutmaq üçün müasir üsullardan istifadə ediblər, lakin bu da faydasız olub. Əvvəlcə tədqiqatçılar quşların davranışını izləmək üçün onların bir neçəsinə GPS ötürücüləri qoşublar. Sonra onları qorxudaraq ərazidən uzaqlaşdırıblar. Bunun üçün quşlara tərəf yerə dəyənəklə vura-vura gediblər. Həmin vaxt ərazini tərk edən qazlar qısa müddətdən sonra geri qayıdıblar.

 

GPS məlumatlarını araşdırdıqda isə alimlər öz təəccüblərini gizlədə bilməyiblər: Quşlar heç bir təhlükə olmadığı halda ərazini tərk etdikdə, qorxudularaq qovulduqdan daha gec əraziyə qayıdırlar. Çünki özləri bölgədən uzaqlaşırsa, bu onların daha yaxşı yer tapması ilə əlaqədar olur.

 

Tədqiqatçıların fikrincə, bu, qazların real təhlükəni sadə hədə-qorxudan ayıra bilməsi ilə əlaqədardır.

 

“İnsanlar qazların nə qədər ağıllı olduğunu dərk etmirlər. Ola bilsin ki, qazları qorxutmaq üçün yaxşı bir üsul tapacağıq, amma çox güman ki, quşlar yaxşı şəraitə görə şəhərlərdə yaşamağa davam edəcəklər. Qazlar ərazi uğrunda döyüşdə hələ ki, insanları məğlub edir”, - deyə ekspertlər bildiriblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi