Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 39-cu ildönümü qeyd olundu

11:52 30-11-2022 | icon 463 | Siyasət
Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 39-cu ildönümü qeyd olundu

Ufuk Turganer: "Şimali Kiprin müstəqilliyinin qardaş Azərbaycanda qeyd edilməsi qürurvericidir"

 

Bakıda Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib.

 

 

 

Versus.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı təmsilçiliyinin rəhbəri xanım Ufuk Turganer, millət vəkilləri, Ombudsman Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

 

Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

 

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

 

Ölkələrimiz arasında əlaqələrdən danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.

 

 

"39 il öncə Aralıq dənizinin Zümrüd adalarından birinə gerçəkləşdirilən Türk Barış Hərəkatının ardından Şimali Kipr Türk Respublikasının əsası qoyuldu. Bu, əslində adada türk mövcudluğunu yox etmək istəyənlərə qarşı böyük türk iradəsinin təcəssümü idi. Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv kimi də qəbul edilib. Hesab edirəm ki, bu, qardaş ölkənin dünyada tanınması istiqamətində atılan ən böyük addımlardan biridir" - deyə o qeyd edib.

 

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

 

P.S. Versus.Az İnformasiya Agentliyinin kollektivi olaraq qardaş Şimali Kipr Türk xalqını təbrik edirik.

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

“İncə sənət” adlı proqram təqdim edilib

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir