"Muzey eksponatları şagirdlərin rəngli dünyasında" - SƏRGİ

13:46 30-11-2022 | icon 479 | Cəmiyyət
"Muzey eksponatları şagirdlərin rəngli dünyasında" - SƏRGİ

Noyabrın 29-da Milli Azərbaycan Tarixi Muzeyində "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Xurşidbanu Natəvan - 190" adlı sərgi-tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, sərgi-tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına” əsasən keçirilib.

 

Sərgi-tədbirin birinci hissəsində Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan şəxsi əşyalarının Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən çəkilmiş rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açılış nitqi ilə çıxış edib.

 

Sonra söz Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulovaya və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının təmayül fənləri üzrə direktor müavini Kəmalə Kərimovaya verilib.

 

Daha sonra layihədə iştirak edən gənc rəssamlar, müəllimlər, bədii hissə iştirakçıları sertifikat və təşəkkürnamələr ilə təltif olunub.

 

Tədbirin ikinci hissəsində Muzeyin İnnovasiya və Təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədlinin rəhbərliyi ilə kiçik bədii səhnə təqdim olunub. İştirakçılar “Qızıl Acar Montessori” uşaq bağçasının yetirmələrinin müşayiəti ilə Bakı Dövlət Universitetinin tələbələri tərəfindən hazırlanmış Natəvanla tanınmış fransız yazışısı Aleksandr Dümanın görüşündən bəhs edən fraqmentə baxıblar.

 

Sonda tədbir iştirakçıları "Xarıbülbülün vətəni - Şuşa" sərgisini ziyarət ediblər.

 

Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin rəhbəri Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi