Şəhid ailələri və qazilər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb

14:24 30-11-2022 | icon 450 | İqtisadiyyat
Şəhid ailələri və qazilər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə çatdırılıb. 54 fərdi evin tikintisinin isə tamamlanmaqda olduğu bildirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunmasının Nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir bu kateqoriyadan olan vətəndaşların mənzil və ya fərdi evlərlə təminatı proqramının son illər dəfələrlə genişləndiyini, bu sahədə 2022-ci il üçün nəzərdə tutulan planın da uğurla icra edilməkdə olduğunu qeyd edib. 

 

İclasda paytaxtın Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzinin, eləcə də digər bölgələrdə yeni sosial obyektlərin açılışına hazırlıq işlərindən bəhs olunub. Yaxın vaxtlarda Bərdədə DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin açılacağı, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri və yeni korpusunun inşasının da artıq yekunlaşdığı diqqətə çatdırılıb. 

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 14 təlim istiqamətindən əlavə daha 8 fəaliyyət istiqaməti üzrə də təlimlər təşkil edildiyi bildirilib. Burada təlim kurslarındakı 281 benefisiardan 200-ə qədərinin əlilliyi olan şəxslər və  şəhid ailələri üzvləri, digərlərinin  valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləri olduğu qeyd olunub. 

 

Benefisiarlarla bağlı kompleks reabilitasiya işlərinin də aparıldığı və təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində müsbət nəticələr əldə edildiyi vurğulanıb.

 

Əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni altsistemlərin, reyestrlərin, informasiya ehtiyatlarının yaradılması istiqamətiində aparılan işlər diqqətə çatdırılıb. Bu il e-gov üzrə müraciət sayının 8,9 milyon, e-sosial.az portalına müraciət sayının 9,7 milyon olduğu, 280,5 min proaktiv təyinat aparıldığı, eləcə də proaktiv qaydada 157 mindən çox sosial sığorta nömrəsinin açıldığı, 466,6 min e-arayış verildiyi bildirilib.

 

İclasda qeyd olunan istiqamətlərdə görülən işlər, habelə sosial xidmətlərin daha geniş aspektləri əhatə etməsi üçün yeni layihəyə dair müzakirələr aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MCP-dən İLİN YEKUNLARI

Sahil Babayev DOST mərkəzinin bağlanmasını Prezidentdən NİYƏ GİZLƏDİR?

Qırmızı qurd eşənəyi - hər xəstədə fərqlidir

Həqiqətdən uzaq, saxta məlumatlara əsaslanan QƏTNAMƏ

Qidalara qatılan bu maddə diabet əmələ gətirir

Deputat etiraz etdi

Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

“Sevda mecburi istikamet”in qala gecəsi baş tutub

“Toppuş bacı” haqqında maraqlı faktlar

Azərbaycana qarşı məkrli, maraqlı ölkələr

Çürük dişlərin yaratdığı bəla

Xərçəngdən ən yaxşı qoruyan meyvə

Mələyin heykəli oğrulardan “qisasını aldı”

Daha üç qadın jurnalist saxlanıldı

Pensiyalar 15 faiz artacaq