DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

13:41 01-12-2022 | icon 470 | Cəmiyyət
DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Korrupsiyaya qarşı sərt mübarizə

 

Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında aparılan əməliyyatlar nəticəsində külli miqdarda korrupsiya, mənimsəmə hallarının aşkarlanması gündəmin əsas mövzularındandır. Bu əməliyyatlar bir daha sübut etdi ki, qanun hamı üçün birdir və dövlət başçısının etimadını doğrultmayan, vətəndaşların sosial rifah halına təsir edən pozuntulara yol verən hər kəs layiqli cəzasını alacaqdır. Sirr deyil ki, Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi həssas bölgələrdən biri məhz Naxçıvandır. Hər il dövlət büdcəsindən muxtar respublikaya 500 milyon manat vəsait ayrılır. Burada quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır. Lakin dövlət başçısının məlum siyasətinə kölgə salmağa çalışan, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaq.

 

Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Yəni  bu, ümumi prosesdir, fövqaladə heç nə  baş vermir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev son günlər Naxşıvanda nazirlik və komitələrdə yüksək vəzifəli şəxslərin həbsləri, korrupsiya, yeyinti halları ilə bağlı aparılan istintaq araşdırmalarının ortaya çıxardığı istintaq faktları ilə bağlı açıqlamasında bildirib. 

 

O, xatırladıb ki, son bir neçə ildə Azərbaycanda xeyli yüksək vəzifəli şəxslər, nazirlər , icra hakimiyyəti başçıları,   generallar korrupsiyada təqsrili bilinərək istintaqa cəlb olunub, həbs ediliblər.

 

 Deputat korrupsiya hallarına qarşı aparılan araşdırmaları Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamı kimi önə çəkib. Bildirib ki, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar  indən sonra da davam etdiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin