Ev alarkən geri qaytarılan min manatlar

18:30 01-12-2022 | icon 620 | İqtisadiyyat
Ev alarkən geri qaytarılan min manatlar

ƏDV mexanizmi necə işləyir?

 

“ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur”.

 

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

 

Onun sözlərinə görə, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir:

“Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılacaq”.

 

Deputatın bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi şəxslər zənn edirlər ki, 50 min manatlıq ev alıbsa, bunun 15 mini ona geri qaytarılacaq.

 

Maraqlıdır, bu məsələ hansı şəkildə tənzimlənəcək? 

 

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, əmlakın dəyəri nağdsız qaydada ödənməlidir:

 

 

“Bu, vacib məsələdir. Alışdan sonra ƏDV-nin bir hissəsi qeyri qaytarıla bilər. Kredit götürüb ödənişi tam bağlayırsınızsa, mənzili dərhal ala bilərsiniz, mümkündür. Alqı-satqıdan 90 gün keçmədən bu qeydiyyatı aparmaq lazımdır. Əgər vətəndaşın aldığı əmlakın sahəsi 500 kvadratmetrdən çox, məsələn, 600 kvadratmetrdirsə, onun ancaq 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın bir kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır”.

 

X.Kərimli qeyd edib ki, məqsəd şəffaflıq prosesini həyata keçirməkdir:

“ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaflaşma prosesidir. 2021-ci ilin martından bu layihəni test edirik. Marketlərdə insanlar çalışırlar ki, qəbz əldə etsinlər, ödənişlərini kartla etsinlər. Nağdsız ödəmələr insanların həvəsləndirilməsidir. Bu, alqı-satqının qanuniliyini təsdiq edir. Vergi ödənişlərinin də büdcədən yayınmasının qarşısını alır. İnsanların nağdsız ödəmələrini təkmilləşdirir, artırır”.

 

İqtisadçı əlavə edib ki, əsas məqamlardan biri yeni tikilən binalarda alqı-satqıları rəsmiləşdirmək və yaxşılaşdırmaqdır:

“ƏDV-nin bir hissəsini geri aldıqlarına görə insanlar alqı-satqını rəsmiləşdirməyə maraqlı olurlar. Əsas məqam - tikinti sahəsində əməliyyatların şəffaflaşdırılması və təmin edilməsidir. Ödənilən ƏDV-nin 30 faizi geri qaytarıldığı üçün insanları cəlb edir. Tutaq ki, 150 minlik əmlak alırsınızsa, bunun 123 mini əsas məbləğdir, 27 mini ƏDV-dir. 27 min manatın 30 faizini hesablayır, 8 min 100 manat ƏDV-ni geri qaytarırlar. Qiymət də 141 minə düşür”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI