Ermənistanın mövcudluğu sual altındadır
“Terrorçular Ermənistanı özlərinə mərkəz ediblər və İranın terror qrupları ilə əməkdaşlığı var”
“Orta Şərqdə, dünyada olan terror şəbəkələri İran-Ermənistan terror şəbəkəsi ilə birgə fəaliyyət göstərir. Livanda, Fransada, Koliforniyada olan terrorçular Ermənistanı özlərinə mərkəz ediblər və İranın terror qrupları ilə çox intensiv əməkdaşlığı var”.
Versus.az xəbər verir ki, bunu Millli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib.
Onun sözlərinə görə, İran-Ermənistan münasibətləri terror üzərində qurulub. İranın 44 günlük müharibə zamanı və sonralar da Azərbaycana qarşı əks mövqe bildirib:
“Birinci Qarabağ müharibəsində İranın ermənilərlə sövdələşmə faktı - ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları kontekstində sübut olunur”.
A.Mollazadə bildirib ki, bu gün İran və Ermənistan bir-biri ilə bir millət iki dövlət kimi davranırlar. Ermənilər tək bizim bölgəmizdə deyil, Orta Şərqdə olan erməni yaraqlı dəstələri Hizbullahla bir yerdə xiristianlara qarşı vuruşurlar:
“Maqraqlıdır ki, dünya terroru dəstəkləyən Ermənistan-İran “qardaşlığını” görmür, göz yumur. Bununla yanaşı İranın 100 minlərlə müsəlmanı yurdundan didərgin salmış, öldürmüş, mədəni-dini dəyərləri məhv etmiş Ermənistana dəstək verməsi onu göstərir ki, bu ölkə dini siyasi oyunlarında istifadə edir. İran islama, onun dəyərlərinə xidmət etmir. Ermənilərlə qardaşlıqları hər ölkənin riyakarlğını göstərir. Ermənilər müsəlmana, islama hörmətsizlik göstərir, eyni zamanda islam dövləti sayılan İranla dost kimi davranır”.
A.Mollazadə bəyan edib ki, Ermənistanın bu istiqamətdə olan siyasəti bu xaqı çox ciddi təhlükələr qarşısında qoyur:
“Ermənistan belə davam edərsə, sülh istiqamətində addım atmazsa, terorun dəsətkləyən ölkələrlə əməkdaşlıq edərsə, mövcudluğu sual altında qalacaq.(hafta.az)
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"