GDU-də Fikrət Əmirovun 100 illiyi qeyd edilib

11:01 05-12-2022 | icon 339 | Təhsil
GDU-də Fikrət Əmirovun 100 illiyi qeyd edilib

Gəncə Dövlət Universitetində görkəmli bəstəkar, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

 

Versus.az xəbər verir ki, “Fikrət Əmirovun musiqi dünyası” adlı ədəbi-bədii gecədə bəstəkarın Azərbaycan musiqi xəzinəsinə misilsiz töhfələr verən yaradıcılığından söhbət açılıb.

 

Bildirib ki, Fikrət Əmirov opera yaradıcılığında dünya opera bəstəkarlarının, xüsusilə də Çaykovski ənənələrindən bəhrələnib. Bəstəkarın vətənpərvərliyə səsləyən, bəşəri ideaları tərənnüm edən zəngin irsi Azərbaycan musiqi sənətinin ən parlaq səhifələrindəndir. O da qeyd edilib ki, yüz illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

 

Tədbirin bədii hissəsində universitetin “Musiqi müəllimliyi” ixtisasının tələbələri tərəfindən “Sevil” operasından Balaşın nəğməsi, “Dilbərin mahnısı”, “Səhər” filmindən “Aslanın mahnısı”, “Göygöl”, “Odlar ölkəsi” və başqa mahnılar səsləndirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol