Gələn il Türkiyədə “Şuşa İli” elan olunacaq?


Gələn il qardaş Türkiyədə “Şuşa İli”nin elan edilməsi planlaşdırılır.
Bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının deputatı Şamil Ayrım məlumat verib.
Onun sözlərinə görə, Türkiyədə “Şuşa İli”nin elan edilməsi barədə müzakirələr aparılıb:
“Bununla bağlı hələ bir neçə ay əvvəldən danışıqlar aparılırdı. Hələlik rəsmi qərar verilməyib, amma 2023-cü ilin Türkiyədə “Şuşa İli” olacağı gözlənilir”.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.

Xəbər lenti

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”
"Media Reystri mətbuatımızı xarici ölkə agenturasından xilas edəcək yeganə vasitədir”