Monqolustanda “kömür üsyanı”

17:05 05-12-2022 | icon 371 | Dünya
Monqolustanda “kömür üsyanı”

Etirazçılar hökumət binasına soxulublar

 

Dekabrın 5-də Monqolustanın paytaxtı Ulan-Batorda ölkədəki kömür qalmaqalı ilə əlaqədar mitinqlər keçirilir.

 

Etirazçılar Monqolustandan ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyindən fərqli olduğunu bildirirlər.

 

Nümayişlər də bunun fonunda başlayıb.

 

Eyni zamanda qeyd olunub ki, Çin Xalq Respublikası kömür oğurluğu ilə məşğul olan şəxsləri edam etdirib və bu işdə iştirak edən Monqolustan rəsmilərinin adlarının siyahısını qarşı tərəfə göndərib.

 

Aksiya iştirakçıları kömür oğurluğunda iştirak edənlərin adlarının açıqlanmasını tələb ediblər.

 

Yerli KİV-lər yazır ki, oğurlanan kömürün dəyəri 12,9 milyard dollardır.

 

Son məlumata görə, dekabrın 5-də nümayişçilər hökumət binasına soxulublar, polislə qarşıdurma baş verib.

 

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

 

Həmçinin qeyd olunur ki, Ulan-Bator rəhbərliyi etirazçıların güc yolu ilə dağıdılması üçün sərəncam verib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sahil Babayev DOST mərkəzinin bağlanmasını Prezidentdən NİYƏ GİZLƏDİR?

MCP-dən İLİN YEKUNLARI

Qırmızı qurd eşənəyi - hər xəstədə fərqlidir

Həqiqətdən uzaq, saxta məlumatlara əsaslanan QƏTNAMƏ

Qidalara qatılan bu maddə diabet əmələ gətirir

Deputat etiraz etdi

Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

“Sevda mecburi istikamet”in qala gecəsi baş tutub

“Toppuş bacı” haqqında maraqlı faktlar

Azərbaycana qarşı məkrli, maraqlı ölkələr

Çürük dişlərin yaratdığı bəla

Xərçəngdən ən yaxşı qoruyan meyvə

Mələyin heykəli oğrulardan “qisasını aldı”

Daha üç qadın jurnalist saxlanıldı

Pensiyalar 15 faiz artacaq