Dünyanın ən böyük radioteleskopu inşa edilir


Avstraliyanın qərbində dünyanın ən böyük radioteleskopu olan “Square Kilometre Array”ın (SKA) tikintisinə başlanılıb.
Layihə 30 ildən artıqdır ki, hazırlıq mərhələsindədir. Bu, 21-ci əsrin ən böyük elmi layihəsi hesab olunur.
Teleskop alimlərə dünyanın quruluşunu, ulduzların və qalaktikaların yaranma şəraitini və vaxtını daha yaxşı anlamağa kömək etməlidir.
Bundan əlavə, ondan qaranlıq enerjini, kainatın genişlənməsini öyrənmək və yerdən kənar həyatın izlərini axtarmaq üçün istifadə etmək planlaşdırılır.

Xəbər lenti

Məhəmməd Əmin Rəsulzadənin anım günündə FİLM NÜMAYİŞİ
Yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv...