Mahaçqalada bomba həyəcanı


Məktəblərdə dərslər yarımçıq dayandırılıb
Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın bütün orta məktəblərində dərslər yarımçıq dayandırılıb.
Buna səbəb hüquq-mühafizə orqanlarına daxil olan zənglə məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olub:
“Bütün orta təhsil müəssisələrindən şagirdlərin təxliyəsi təşkil edilib”.
Mahaçqala şəhər administrasiyasının yaydığı məlumatda qeyd olunur ki, hazırda xüsusi xidmət orqanlarının əməkdaşları məktəblərin ərazisində yoxlamalar həyata keçirirlər. /TASS/

Xəbər lenti

Məhəmməd Əmin Rəsulzadənin anım günündə FİLM NÜMAYİŞİ
Yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv...