Dünən Vasif Talıbovu tərifləyənlər bu gün tənqid edir

08:32 07-12-2022 | icon 425 | Cəmiyyət
Dünən Vasif Talıbovu tərifləyənlər bu gün tənqid edir

Nizami Verdiyev: "İndiyədək bilmirdiniz? Niyə danışmırdınız?”

 

“Əvvəllər Naxçıvandakı durumla bağlı danışmaqdan çəkinənlər son günlər tənqidi fikirlər səsləndirməyə başlayıblar”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

 

Partiya yetkilisi qeyd edib ki, Naxçıvandakı son vəziyyət ictimaiyyətin diqqət mərkəzindədir:

 

“Məmur həbslərinə cəmiyyət tərəfindən həmişə maraq yaranıb. Azərbaycanın istənilən bölqədə, o cümlədə, Naxçıvanda da korrupsiya, məmur özbaşınalığı, rüşvət faktları ilə bağlı məlumatlar olub. Geci-tezi məmurların bəzilərini işdən çıxarıblar, bəzilərini isə həbs ediblər. Azərbaycanda illərdir korrupsiya ilə mübarizə aparılır. Son 4-5 ildir ki, daha da dərinləşib. Bu işdə Naxçıvan kənarda qala bilməzdi”.

 

Nizami Verdiyev hesab edir ki, bu məsələni siyasiləşdirmək lazım deyil:

 

“Kimlərsə çalışır ki, korrupsiyaya görə həbs olunanalrı siyasiləşdirsin. Klanlararası mübarizə kimi təqdim edirlər. Açığı deyək, Naxçıvanda hansı klanlardan söhbət gedə bilər?!”

 

N.Verdiyev Naxçıvanda problemləri görən və susanları da tənqid etdi:

 

“Əvvəllər Naxçıvandakı durumla bağlı danışmaqdan çəkinənlər son günlər tənqidi fikirlər səsləndirməyə başlayıblar. Bəzi millət vəkilləri keçmişdə, hətta bu ilin əvvəlində belə Vasif Talıbovu tərifləyirdilər, indi isə onu “korrupsionerlərin başçısı” adlandırırlar. Siz bundan qabaq görmürdüz, bilmirdiz, niyə danışmırdız?”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI