Futbolçu “Əl-Nəsr” məsələsinə nöqtə qoydu


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu İsveçrə ilə 1/8 final oyunundan (6:1) sonra “Əl-Nəsr” klubuna keçidi ilə bağlı dərc edilən xəbərlərə aydınlıq gətirib.
37 yaşlı futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirib-etdirməyəcəyi ilə bağlı suala cavabı qısa olub: - “Xeyr, bu, doğru deyil”.
Qeyd edək ki, K.Ronaldu “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır.

Xəbər lenti

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”
"Media Reystri mətbuatımızı xarici ölkə agenturasından xilas edəcək yeganə vasitədir”