Akademiyada dərslər bərpa olunub?

09:53 07-12-2022 | icon 550 | Təhsil
Akademiyada dərslər bərpa olunub?

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında qeydə alınan yanğının qarşısı qısa müddətdə alındığından, tələfat və ciddi xəsarət qeydə alınmayıb. Hazırda Akademiyada tədris adi qaydada davam etdirilir.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DSX-nın Mətbuat xidmətinin rəhbəri Aftandil Abbasov bildirib.

 

A.Abbasov sosial şəbəkələrdə bəzi tələbələrin yanğın səbəbindən özünü binadan atması iddialarına da münasibət bildirib:

 

"Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib. Yəni böyük sahəni əhatə etməyib ki, dediyildiyi kimi dəhşətli nəticələrə səbəb olsun. Bir neçə nəfər tüstüdən zəhərlənmişdi. Onlara da müvafiq yardımlar göstərilir. Şükürlər olsun ki, hər şey tam qaydasındadır"

 

Qeyd edək ki, dekabrın 6-da saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib. TƏBİB-in yaydığı məlumata görə, 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır