Ən reytinqli aktyorlar bir arada

16:22 07-12-2022 | icon 449 | Mədəniyyət
Ən reytinqli aktyorlar bir arada

Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulovanın çəkildiyi “Dönənlər” filminin treyleri yayımlanıb.

 

Versus.Az xəbər ki, layihə 28 dekabrda Nizami Kino Mərkəzində təqdim olunacaq.

 

Filmin afişası “Siz ailə məclisində telefonlarınızı masaya qoyub gələn zəngləri mikrofonda, “WhatsApp” mesajlarını isə hamının yanında oxuyub cavab verməyə risk edərsiniz? Təbii ki yox! Amma onlar bunu etdilər…” şüarı ilə paylaşılıb.


Qeyd edək ki, “Perfect Strangers”in yerli adaptasiyası olan ekran işi 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda lentə alınıb. Ölkəmizdə bu formatda film ilk dəfədir ki, çəkilir.

 

Onu da bildirək ki, Paulo Cenevisin çoxsaylı mükafatlara layiq görülmüş komediyası müasir texnologiya əsrində “Özümüzə yaxın olanları nə dərəcədə yaxşı tanıyırıq” sualını ortaya çıxarır.

 

Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.

 

Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. Posteri isə fotoqraf İsmayıl Rzayev və dizayner Pərviz Babayev birgə hazırlayıblar.



Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”