"Dağlıq Qarabağ regionun kriminal mərkəzinə çevrilib"

16:47 24-01-2019 | icon 624 | Qarabağ
"Dağlıq Qarabağ regionun kriminal mərkəzinə çevrilib"

 

Britaniyalı araşdırmaçı yazıçı Harold Keyn(Cane) nəşr etdirdiyi "Narko Qarabağ" ("Narco Karabakh") kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətləri təfərrütı ilə araşdıraraq ifşa edib.

 

Versus.Az report-a istinadən bildirir ki, 18 aylıq çalışması zamanı müəllif özü demişkən, "fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərən cinayətlərin tam bir kataloqu"nu aşkara çıxartmağa çalışıb.

 

Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlı Qaraabağ bölgəsində olan H.Keyn həmin səfərləri zamanı insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirir.

Kitabda habelə www.narcokarabakh.net saytında bütün bu sarsıdıcı kəşflər təfərrüatlı şəkildə təsvir olunur.

 

"Hazırkı statusu üzündən Dağlıq Qarabağ sanki vakuumdadır. Bu hal da amansız şəkildə istismar olunaraq həmin ərazini beynəlxalq mütəşəkkil kriminalın bir növ hesablama palatasına çevrilməsinə şərait yaradıb", - deyən müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün şəxsi təhlükəsizliyi xətrinə adını belə dəyişdirməli olub.

Araşdırmaları zamanı Yerevanda qaldığı mehmanxanada gecəyarısı polisin gəldiyini göstərən britaniyalı müəllif Xankəndində hətta döyüldüyünü söyləyir.

"Dağlıq Qarabağın kriminal mərkəzi olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanla bağlıdır. Onlar insanların sarsıdıcı əzab-əziyyətləri üzərində milyardlarla var-dövlət toplayıblar", - H.Keyn kitabında vurğulayır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı