“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

17:21 24-01-2019 | icon 628 | Sosial
“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

 

 

Versus.Az xəbər verir ki, ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” abunəçilərini sevindirməyə davam edir.  Bütün “Limitsiz İnternet” paketlərinə qoşulan “Nar” abunəçiləri üçün “WhatsApp” pulsuzdur.

 

Hətta meqabaytlar bitdikdən sonra da abunəçi istifadə müddətinin sonuna qədər pulsuz internetdən və “WhatsApp” ilə limitsiz yazışmadan yararlana bilər. Üstəlik, “XL”, “2XL” və “3XL” paketlərində gecələr internet trafiki tam sürətli olmaqla yanaşı, həm də pulsuzdur və paketin meqabaytlarından istifadə edilmir.

 

Qeyd edək ki, “Nar” abunəçilərə müxtəlif həcmli “Limitsiz İnternet” paketlərdən birini seçmək imkanı verir. İstifadəçilər həm mobil telefonunda, həm də kompüterdə 150 Mb/s-dək sürətdən zövq ala bilərlər. 

 

Bundan başqa, sifariş edilən “Limitsiz İnternet” paketin trafiki bitmədiyi halda belə, abunəçi yeni “Limitsiz İnternet” paketi sifariş edə bilər. Bu zaman hər iki paketin meqabaytları cəmlənəcək və ancaq hər paketin trafiki uyğun paketin istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.                                                 

 

“Nar”-ın “Limitsiz İnternet” paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”