Millət vəkili vahid məktəbli geyimi məsələsindən şikayətləndi

17:53 24-01-2019 | icon 391 | Siyasət
Millət vəkili vahid məktəbli geyimi məsələsindən şikayətləndi

 

Metodist anlayışı mütləq qanun layihəsinə daxil edilməlidir. Çünki təhsil-tədris prosesinin əsas iştirakçılarından biri məhz metodistlərdir. Ona görə qanun layihəsində bu məsələ mütləq olmalıdır.

 

Versus.Az  xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Sona Əliyeva “Ümumi təhsilı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

 

Millət vəkili qanun layihəsinin anlayışlar hissəsinin geniş olmasına narazılığını bildirib:

 

“Hesab edirəm ki, bu qədər genişliyə ehtiyac yoxdur”.

Akkreditasiya məsələsinə toxunan millət vəkili bunun qanun layihəsində əksini tapmasını bir qədər düzgün saymayıb:

“Çünki akkreditasiya məsələsi hələ tətbiq olunmayıb. Üzr istəyirəm ifadəmə görə, biz bir qədər qabaqdangəlmişlik edərək, indi qanun layihəsinə bu məsələni salmışıq. Bu, bir qədər düzgün alınmır. Həmçinin, vahid məktəbli geyimi məsələsinin qanun layihəsinə salınmasına nə ehtiyac var, düzünü desəm, bunu anlamıram.

Düzdür, mən də vahid məktəbli geyiminin tərəfdarıyam, bu məsələdə nizam-intizamın olmasını istəyirəm. Amma bu məsələnin qanun layihəsinə salınması gələcəkdə yenidən bu sahədə monopoliyanın yaranmasına gətirib çıxaracaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı