"Bakı Türk filmləri həftəsi"nə START

12:35 19-12-2022 | icon 1105 | Film
"Bakı Türk filmləri həftəsi"nə START

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Bakı Türk Filmləri Həftəsi” başlayıb.

 

Versus.Az xəbər verir ki, Qala gecəsində Türkiyədən gələn rejissorlar, aktyorlar və prodüserlər media nümayəndələrinə müsahibələr veriblər. Aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ, Didem Balçın, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel səhnədəki çıxışlarında Azərbaycanda olmalarından məmnunluq ifadə ediblər. Özlərini doğma vətənlərində hiss etdiklərini vurğulayıblar.

 

Çıxış edən Türkiyə və Azərbaycan Mədəniyyət nazirlərinin müavinləri tədbirin keçirilməsinin məramını  açıqlayıblar:

 

“Məqsədimiz Türk filmlərini Azərbaycan kinosevərlərinə izlətməklə yanaşı, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görməkdir. Bundan başqa, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissor, aktyor və ssenaristlər arasında əlaqələr yaratmaq, iki ölkənin mədəniyyət sənayesinə töhfələr verməkdir”.

 

“Bakı Türk Filmləri Həftəsi”nin Qala gecəsində Türkiyədən gələn tanınmış sənətçilərə və bu layihənin gerçəkləşməsində dəstək göstərən şirkət nümayəndələrinə təşəkkür bildirilib, mükafatlar təqdim olunub.

    

Bakıda keçirilən Türk Kino həftəsinin əsas təşkilatçılarından biri də Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyidir. Nümayəndəliyin rəhbəri Selçuk Karakılıç çıxış edərək gerçəkləşdirilən tədbirin Türkiyə və Azərbaycanın kino sektorunun inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. Azərbaycanlı kinosevərləri dekabrın 21-ə kimi məşhur türk filmlərini izləməyə dəvət edib.

 

Gecənin rəsmi hissəsi başa çatdıqdan sonra “Bakı Türk Filmləri Həftəsi”nin ilk filmi, rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi nümayiş etdirilib.

 

Xatırladaq ki, tamaşaçılar həftə boyu “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki, varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və digər ekran əsərlərini izləyə biləcəklər.

 

Qeyd edək ki, Nizami Kino Mərkəzində gerçəkləşdirilən türk filmlərinə giriş pulsuzdur.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı