"Gərək o naziri birdəfəlik içəriyə salardılar"
Hafiz Hacıyev: "Uşaq-muşaq icra başçıları vəzifələrini düzgün yerinə yetirə bilmirlər"
“Baydenin 80 yaşı olsa da, o boyda ölkəni idarə edir. Xalqa illərin təcrübəsi olan insanlar xidmət etməlidir. Uşaq-muşaq icra başçıları vəzifəsini düzgün yerinə yetirə bilmir”.
Bunu Prezident İlham Əliyevin dünən keçirdiyi müşavirədə sərt şəkildə tənqid olunan yüksək vəzifəli məmurları gözləyən mümkün aqibət haqqında danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O, bildirib ki, həyatını, canını xalq yolunda fəda edən prezidentimizdən hayıf, çünki ətrafındakılar xəyanətkardır:
“Qorxmadan, çəkinmədən Ziyadan, Rövnəqdən, Fazildən tutmuş neçələrinin xəyanətkar olduğunu üzə çıxararaq evini yıxmışıq. Prezidentimiz xalqla birlikdədir. Ancaq bəzi məmurlar onun tapşırıqlarını yerinə yetirmirlər deyə neyləyək?
Prezidentimizin vəziyyətdən məlumatlı olan kimi gördüyü tədbirlər danılmazdır. Rövnəq Abdullayevin alt paltarını geyinən ekologiya naziri niyə dövlət başçısına düzgün məlumat vermir? Niyə xalqı prezidentin üzərinə qaldırırlar?
Dövlət başçısının dediyi kimi, bunlar harınlayıblar, getməlidirlər. Azərbaycan tarixinə qızıl hərflərlə şanlı qələbəni yazdıran prezidenti qorumalıyıq. Gərək həmin naziri çağırıb birdəfəlik içəriyə salardılar. Bir o deyil, əksəriyyəti elədir. Xalqı incitməklə məğuldurlar.
Ekologiya nazirliyinə getsək, insan əlindən tərpənmək olmadığını müşahidə edərik. Nə işlə məşğuldurlar, nədir məqsədləri? Gərək nazir özü ərizəsini yazıb istefasını verəydi, ya da gedib türmənin qapısında dayanıb səhvini etiraf edərdi".
H.Hacıyevin fikrincə, Gədəbəyin icra başçısı da vəzifəsindən azad edilməli, haqqında cinayət işi qaldırılmalıdır:
"Prezidentin tapşırığından sonra yenidən kadr islahatları aparılmalıdır. Filankəs Harvardı bitirib, filankəs filan yerdə oxuyub olmamalıdır. Xaqlını sevən, işləməyi bacaran təcrübəli adamlar lazımdır bizlərə. Baydenin 80 yaşı olsa da o boyda ölkəni idarə edir. İllərin təcrübəsi olan insanlar xalqa xidmət etməlidir. Uşaq-muşaq icra başçıları vəzifəsini düzgün yerinə yetirə bilmir. Prezidentimizdən sadəliyi, xalqla işləməyi öyrənməlidirlər. Biz dövlət başçımızın yanındayıq, hər zaman onu müdafiə etmişik, hər zaman da edəcəyik”. /yenicag.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"