Vüsal Kərimli: "Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir"

18:10 24-01-2019 | icon 458 | Cəmiyyət
Vüsal Kərimli: "Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir"
 

Eyni zamanda, ölkə başçısının 6 iyul 2018-ci ildə imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması da Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. 

 

İlk fərmandan 11 ay keçməsinə baxmayaraq, təhvil-təslim prosesilə bağlı müzakirələr səngimək bilmir.

Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli iki gün əvvəl keçirdiyi mətbuat konfransında paytaxtda yerüstü parklanmalardan yığılan pulların rəhbərlik etdiyi quruma heç bir aidiyyəti olmadığını açıqlayıb:

"Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz, Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlərlə parklanmalara nəzarət edəcəyik”.

Hazırda Bakıda 10 minə yaxın yerüstü parkinq yerlərinin olduğunu bildirən V.Kərimli onlardan yalnız 480-nin rəsmiləşdirildiyini vurğulayıb:

“Digərlərinin də rəsmiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir. Meriya ilə təhvil-təslim prosesi hələ yekunlaşmayıb”.

Parklanmalardan yığılan pulların Meriyaya aidiyyatı yoxdur?
 

Meriya isə öz növbəsində Agentliyin açıqlamasını təkzib edib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Meriyanın parklanma yerləri ilə heç bir bağlılığı yoxdur:

“Ötən ilin aprel ayından parklanmalarla bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. İndi bu sualın meriyaya heç bir aidiyyatı yoxdur. Yəni BŞİH-nin tabeliyində parklanmalara nəzarət edən qurum yoxdur”.


“Küçədə hərə qoluna qırmızı lent bağlayıb parkinq pulu tələb edirsə, bunun Meriyaya nə aidiyyatı?!”,-deyə mətbuat xidməti bəyan edib.

 

Ölkə Prezidentinin 2 aprel 2018-ci il Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtdakı müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməli idi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol