"Bunlar nadanlar, xəyanətkarlardır!"

09:44 24-12-2022 | icon 4003 | Kürsü
"Bunlar nadanlar, xəyanətkarlardır!"

 

 

Politoloq Turan Rzayev adına azərbaycanlı deyən ermənilərdən yazdı. 

 

 

Dövlətin milli maraqları hər şeydən, hər kəsdən öndə olmalıdır.

Bəzi insanlar bunu ya dərk etmir, ya da dərk etmək istəmir.

 

İnsanlar arasında dünyagörüşü, dini, siyasi baxış fərqləri var və bunun olması da normaldır, təbidir. Hər halda hər kəsdən eyni cür düşünməsini tələb etmək olmaz. Bu, təbiətin qanunlarına da, insan xislətinə də ziddir. Lakin dövlət üçün vacib proseslərin getdiyi bir dövrdə ikilik çıxartmaq fitnə-fəsad yaymaq da doğru deyil. Bu, birbaşa nadanlıq, xəyanətdir!

 

12 gündür Xankəndi-Laçın yolunda Azərbaycanın vətənpərvər oğul və qızları havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir.

 

Aksiyalar zamanı dövlət himni oxuyan “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirən insanlar əslində bir daha hansı məqsəd və amal üçün bir araya gəldiklərini sübut etdi.

Etiraf etmək lazımdır ki, aksiyaları yazmaq, təsvir etmək çox asandır. Lakin qarlı, yağışlı havada şaxtanın, soyuğun artdığı bir zamanda sarsılmaz iradə göstərmək heç də bəsit deyil.
Aksiya iştirakçılarının 12 gündür sərgilədiyi əzim, inadkarlıq, qərarlılıq qürurverici, sevindirici olsa da bəzi sapı özümüzdən olan baltaların etdiyi riyakarlığı, xəyanəti görüb, eşitmək də bir o qədər insanı üzür. Bu sapı özümüzdən olan baltalar yenə xislətlərinə uyğun olaraq boş durmur, Avropadan aldıqları qrantların haqqını son qəpiyinə qədər vermək, yeni qrantlara layiq olduqlarını sübut etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar.

Misal üçün, bir müddət öncə başda Jalə Bayramova, Qiyas İbrahimov, LGBT təmsilçiləri və bəzi müxalif partiyaların “fəal” üzvləri “PostSovietPeace” layihəsi adı altında ermənilərlə birlikdə ölkəmiz əleyhinə sənədə imza atdılar. Bu gün isə qeyd etdiyim fəsiləyə aid başqa bir qaragüruh Bakının Nizami (Torqovı) keçəsində Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirdi.
Eyni mərkəzdən idarəolunan və təlimatlanan bu iki kütlə fərqli görüşlərə, fərqli inanclara sahibdir. Bəs onları ortaq məxrəcə gətirən şey nədir?

“PostSovietPeace” layihəsi?

Xeyr!

“No war”-çuluq?

Xeyr!

Bəxtiyar Hacıyevə azadlıq tələbi?

Xeyr!

Bəs nə?

 

İstər “PostSovietPeace” layihəsi adı altında ermənilər ilə birlikdə sənədə imza atanlar, istərsə də bu gün Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi aksiya keçirənlərin bir məqsədi var: Laçın yolunda ermənilərin milli sərvətlərimizi talamasına və ekologiyamıza ziyan vurmalarına etiraz olaraq aksiya keçirən ekoaktivistlərlə bağlı bütün mümkün mənbələri araşdıran və bu aksiyanın dövlət tərəfindən təşkil olunmasını əsaslandırmağa çalışan ermənilərə, onların havadarlarına bəhanə vermək.

 

Söz yox ki, belə bir məqamda Bakı mərkəzində qarışıqlıq yaratmaq cəhdinin sifarişçiləri və maliyyəçiləri də məhz ermənilər və onlarla birgə işləyən xarici dairələrdir.
Hər iki təşəbbüsün məhz Ermənistanın şikayəti əsasında BMT Təhlükəsizlik Şurasının (TŞ) Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdiyi bir zamanda təşkil edilməsi də bunu təsdiq edir.

 

Beləliklə, Azərbaycanın xarici düşmənlərinin öz mövqeyini bildirdiyi bir zamanda içimizdəki xəyanət çetesi də əsl simasını göstərir.

Mürəkkəb hava şəraitində Laçın yolunda əziyyətə qatlaşaraq milli mənafelərimizi müdafiə edən QHT fəalları ilə müqayisədə guya insan hüquqlarını müdafiə edən bu xəyanətkarlar cılız və miskin görünürlər.

Dövlətin qəsdinə duranlara nə deyəsən. Nə söyləyəsən...

Azərbaycan ictimaiyyəti satqınları da, xəyanətkarları da yaxşı görür, bilir və tanıyır. Erməni maraqlarına xidmət edən ünsürlərə layiq olduqları yer mütləq göstəriləcək!

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI