Layihəsi işə düşdü - FOTO/VİDEO

12:19 25-01-2019 | icon 1034 | İqtisadiyyat
Layihəsi işə düşdü - FOTO/VİDEO

Yanvarın 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyində “Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsi işə düşüb. Sözügedən tədbirin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, müasir iş şəraitinin yaradılması və müvafiq profil üzrə tələbələrin peşə hazırlığının təkmilləşdirilməsidir.

 

Həmin tədbirin gedişatında dünyanın qabaqcıl şirkətlərindən biri olan və peşəkar mətbəx istilik avadanlığının istehsalı ilə məşğul olan alman şirkəti MKN (Maschinenfabrik Kurt Neubauer), yuxarıda adı çəkilən layihənin təşəbbüskarı, peşəkar təmizlik və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan "Hazar Industry Azerbaycan" (SR Chemicals) şirkəti və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında tədris məqsədlərində istifadəsi və gələcəkdə peşəkar mətbəx avadanlığı və istehsalat mətbəxində gigiyenanın təmin edilməsi mövzusunda təqdimatların, seminarların və metodiki dərslərin keçirilməsi üçün MKN şirkətinin peşəkar sənaye avadanlığının verilməsinə dair memorandum imzalanıb.

 

Rəsmi açılış "SR group Co" şirkətinin PR meneceri Nurlana Musayevanın çıxışı ilə başlayıb. Açılışda Prezident Administrasiyasının, Gənclər Fondunun, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri və bir çox məşhur qonaqlar iştirak edib. Təqdimat zamanı MKN şirkətinin Regional vitse-prezidenti Edmond Finkenauer, "Hazar Industry Azerbaycan" (SR Chemikals) şirkətinin Direktoru Samir Qurbanov, Azərbaycanda "Enactus" proqramının direktoru Kəmalə Məmmədli, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyinin direktoru Fikrət Nəbiyev, Gənclər Fondunun, Prezident Administrasiyasının və Təhsil Nazirliyinin nümayəndələri çıxış ediblər.

 

Rəsmi hissədən sonra qonaqlar və tələbələr üçün MKN şirkətinin brend-şefi Pavel Dzyublo tərəfindən master-klass keçirilib, bununla yanaşı isə 5, 12 və 18 saylı məktəblər arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə təşkil olunub. Beynəlxalq mükafatlarla təltif edilmiş və beynəlxalq aşpazlar assosiasiyalarının üzvü olan tanınmış Usta Aşpaz, Restorator İlkin Hənifə Əkbərzadə, Anar Qasımov, Tahir Manafov, Rizvan Borçalı tədbirdə qonaq və münsiflər heyətinin üzvü qismində çıxış ediblər.

 

"Hazar Industry Azerbaycan" (SR Chemikals) şirkətinin direktoru Samir Qurbanovun sözlərinə görə, fərdi sahibkarlığın əsas vəzifələrindən biri gənclərin potensialının müxtəlif fəaliyyət sahələrində inkişafını dəstəkləmək və təşviq etməkdən ibarətdir: "Bu layihənin məqsədi hələ tələbə ikən avadanlığı sınaqdan keçirmək və peşəkar vərdişlərini təkmilləşdirmək imkanı verilən gəncləri müasir innovativ avadanlıqla tanış etməkdir. Bununla yanaşı, gələcək aşpazlar iş prosesində icbari qaydada tətbiq ediləcək gigiyena və təmizlik standartları və keyfiyyətli gigiyena və təmizlik vasitələri haqqında öyrənəcəklər. Və biz, "Hazar Industry Azerbaycan" (SR Chemikals) şirkti olaraq, Azərbaycan gənclərini istənilən fəaliyyət sahəsində dəstəkləməyə hər zaman hazırıq!"

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI