“Toy Tələsi”nin Qala gecəsi olacaq

15:18 28-12-2022 | icon 1054 | Film
“Toy Tələsi”nin Qala gecəsi olacaq

Komediya janrında olan “Toy Tələsi” bədii filminin Qala gecəsinin keçirilməsinə sayılı günlər qaldı.

 

Versus.Az xəbər verir ki, bu barədə filmin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev xəbər verib. 

 

Ssenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova olan “Toy tələsi”nin Qala gecəsi yanvar ayının 5-də Alov Qüllələri Kompleksində  gerçəkləşəcək.

 

“4 aya ərsəyə gələn filmimiz artıq təqdimata hazırdı. Park Cinema kinoteatrlar şəbəkəsi ilə müqavilə imzaladıq. Yanvarın 5-də “Toy Tələsi”nin ilk premyerası olacaq. Film eyni zamanda kinoteatrın bütün filiallarında təqdim olunacaq. Artıq biletlərin satışına start verilib. Tamaşaçılar Park Cinema kinoteatrlarından biletləri əldə edə bilərlər”.

 

Faiq Nağıyev onu da qeyd edib ki, insanlar gülüş, maraq və həyəcanla dolu anların olduğu “Toy tələsi”ndə həyatda rastlaşdıqları reallığı tanınmış aktyorların obrazlarında görə biləcəklər.

 

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinemalarda izləyə biləcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI