Dekabrın 29-dən etibarən “CinemaPlus”da

17:10 29-12-2022 | icon 1064 | Film
Dekabrın 29-dən etibarən “CinemaPlus”da

“Çəkməli pişik 2: Son arzu” cizgi filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 29-dan etibarən ABŞ istehsalı olan “Çəkməli pişik 2: Son arzu” cizgi filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Coel Krouford, Xanuel Merkado.

 

Baş rollarda: Antonio Banderas, Salma Hayek, Harvi Qillen.

 

Müddəti 115 dəqiqə. Yaş həddi 6+

 

Film haqqında qısa məlumat: Hər kəsin sevimli cəsur, qorxmaz və qəlblərə toxunan pişiyi geri döndü! Çəkməli pişik doqquz həyatının səkkizini sərf etdi və indi yeni macəraya başlayır! Cazibədar Yumşaqpəncə və çox danışan it Perro ilə birlikdə xarizmatik baş qəhrəman mifik Arzu Ulduzunu tapmağa çalışır. Onlar bilmək istəyir ki, pişiklərin həqiqətən də cəmi 9 canı olur yoxsa?..qəlib 

 

“Uitni Hyuston. Mənimlə rəqs edin” bioqrafik film

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Uitni Hyuston. Mənimlə rəqs edin” bioqrafik filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Keysi Lemmons.

 

Baş rollarda: Naomi Aki, Stenli Tuççi, Tamara Tuni.

 

Müddəti 115 dəqiqə. Yaş həddi 12+

 

Film haqqında qısa məlumat : Bioqrafik film tamaşaçıları dünyanın ən böyük R&B pop vokalisti, heyrətamiz Uitni Hyustonun həyatı və karyerası ilə tanış edir, və onun naməlum gənc qızdan qlobal musiqi super ulduzuna qədər olan yolunu təsvir edir.

 

“Möcüzələr Akademiyası” nağılı

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan nağılı – “Möcüzələr Akademiyası” başlayır.
Filmin rejissoru: Zəhra Tahirsoy, Zaur Tahirsoy.

 

Baş rollarda: Həyat Məlikova, Nərmin Əhməd, Tamilla Həsənova, Nicat Əkrəm, Vüsal Dastan, Anar Əli, Həlimə Həsənli.

 

Müddəti 85 dəqiqə. Yaş həddi 6+

 

Film haqqında qısa məlumat : Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar. Onlar bilirdilər ki, dünya ölümlüdür və dünyada xeyir hər zaman qalib gəlmir. Cəfər düşünürdü ki, dünyada uşaqlar daha zəifdirlər onlara asanlıqla qalib gələcəkdilər. Buna görə də müxtəlif sehrli güclərdən istifadə edərək onları dünyaya uşaq kimi göndərəcəkdilər. Nəhayət dünyaya bir portal açdılar. Portal Azərbaycan Film Akademiyasının teatr səhnəsinə açılır. Çünki tez-tez bu səhnədə nağıl qəhrəmanlarının hekayələri canlandırılırdı. Mənfi nağıl personajları ilə uşaqlar arasında güclü mübarizə başlayır. Görək dünyada kim qalib gələcək...

 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

 

IOS link  

Android link  

əldə edə bilərsiniz.

 

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı