"...ermənilər bütün mənfur hərəkətlərini etdilər"

12:43 30-12-2022 | icon 2063 | Tarix
"...ermənilər bütün mənfur hərəkətlərini etdilər"

 

 

“Azərbaycanın tarixi taleyi o qədər keçməkeşli, o qədər mürəkkəbdir ki, ona hansı istiqamətlərdə baxsaq saatlarla, günlərlə danışmaq olar, yüzlərlə çoxcildli kitablar, məqalələr yazmaq olar. Təəssüflər olsun ki, vaxtilə tarixi problemlərimizi belə yazmağa da imkan verməyiblər”.

 

 

Versus.az xəbər verir ki, bunu AMEA-nın Qafqazşünaslıq İnstitunun kafedra müdiri, tarixçi alim Qasım Hacıyev tarixin müəyyən dövrlərində Azərbaycandan qoparılaraq Ermənistana verilən, amansız təcavüzə məruz qoyulan tarixi Qərbi Azərbaycan və bu gün ona qayıdışla bağlı dövlət müstəvisində başladılan işlərin gündəmi ilə bağlı şərhində bildirib.

 

Q.Hacıyev hələ XIX-XX əsirlərdə rus imperiyasının təsiri, təzyiqi altında xalqımızın adının “tatar” qoyulması, Azərbaycanın şimalının Rusiyanın bir bölgəsi hesab edilməsi, sovet rejiminin Azərbaycan xalqına, dövlətçiliyinə böyük zərbələr vuraraq bu mənfur siyasətin əsrin sonlarına qədər gəlib çatması ilə bağlı mühüm faktlara diqqət çəkib.

Q.Hacıyev  tarixi proseslərə nəzər salaraq XIX əsrin əvvələrində Azərbaycan torpaqlarının işğal edilərək iki yerə  bölən rus imperiyası və iran rejiminin   Azərbaycanda  hansı böyük bəlaların, ayrıseçkiliyin, pərakəndəliyin, xalqın faciələrinin əsasının qoyulması məqamlarına da toxunub.

 

“Ən böyük faciələrdən biri, iki yerə bölünmüş xalqın şimaldakı torpaqlarımıza dünyada mənfurluğu ilə tanınan, xisləti təmiz olmayan, xarakteri çox dolaşıq, sağalmaz xəstəlik keçirən erməni toplumun yerləşdirilməsi idi. O vaxta qədər indiki Azərbaycan ərazisində kütləvi şəkildə erməni olmamışdı. Erməniləri gətirib Azərbaycan torpağına yığdılar, sayları düz gəldi-gəlmədi onlara respublika yaratdılar.  Bu, XX əsrin əvvəllərində Azərbaycan xalqının ayağının altına basdırılan minalar idi. Hər dəfə Azərbaycan öz taleyüklü məsələlərini həll etməyə qalxanda onun içərisində bu partlayışı törədir, erməniləri ayağa qaldırır, tarixin dili ilə desək, terrorlar, deportasiyalar, soyqırımlar, kütləvi qırğınlar törətməklə ölkəmizə, maddi-mədəni irsimizə ağır zərbələr vurdular.  Bu, 1905-1906-cı illər qırğını, 1918-1920-ci illər soyqırımı, 1948, 1952-53-cü il deportasiyaları ilə davam etdirildi. Azərbaycana qarşı etnik terror, etnik təmizləmə aparan ermənilər sovet  dövründə yarı gizli, yarı açıq şəklində öz ərazi iddialarını davam etdirdilər. Sovet hökuməti dağılan kimi Azərbaycanın mədəni irsi, tarixi abidələrimiz hamısını yer üzündən sildilər. Məscidlər, türbələr, qəbiristanlıqlarımız dağıdıldı, toponimlər dəyişdirildi. Ermənilər bir xalqın tarixini silmək üçün nə qədər mənfur hərəkətlər varsa, hamısını etdilər. Mən deyərdim ki, Azərbaycan torpağında möhkəmlənən ermənilər, hər dəfə də həvəslənərək bir az da azğınlaşdılar. Azərbaycan ərazisində Ermənistan dövləti yaratmış ermənilər, ikinci bir qurumu da yaratdılar - Dağlıq Qarabağ Muxtar Vilayəti... Bu vilayət tərkibində ermənilər Azərbaycan xalqının bütün imkanlarından, təbii, mənəvi sərvətlərindən bəhərlənsələr də, Azərbaycan xalqına, döpvlətinə qarşı böhtanlar yağdırıb, bunu bir siyasətə çevirdilər. Ermənilər XX əsrdə Qarabağda yaranmış  “Muxtar Vilayətə” və digər ərazilərimizə əsassız iddialar irəli sürdülər,  yalanlarını yaymaq üçün cəfəng erməni tarixi uydurdular, siyasətçilər onu ideologiyaya çevirdilər və silahlanmış erməni quldur dəstələri Azərbaycanda qırğınlar törətdilər, şəhərləri, kəndləri dağıtdılar. Bu vəhşiliyi törədənlər Qərbi Azərbaycanın hər yerindən Azərbaycan türklərini çıxardaraq monoetnik bir dövlət yaratdılar. Eləcə də Zəngəzuru tamamilə parçalayıb, Qərbi Zəngəzurun üç böyük rayonunu Ermənistana birləşdirdilər. Ermənilərin ölkəmizdə, torpaqlarımızda törətdiyi bütün vəhşiliklər, vandalizm bu günlərə qədər davam elədi”.

 

Q.Hacıyev erməni vəhşilərinin Azərbaycanda törətdiyi cinayətlərin cəzasız qaldığını qeyd edərək, üstəlik Qarabağın işğalı ilə Azərbaycanın ürəyinə bir xəncərin sancıldığını, 1991-ci ildə “Dağlıq Qarabağ respublikası” elan etməklə ərazi iddialarını daha da sürətləndirmələrini, bu azmış kimi Tovuz ərazisində, Azərbaycanın başqa sərhəd bölgələrində  yeni təxribatlara əl atıb, təhdidlər yaratdığını xatırladıb.

“Azərbaycan dövləti nəhayət ki, bu ağır zərbələrdən ayıldı, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə Qarabağ bölgəsinin işğaldan azad olunması ilə bağlı hazırlıqlar görüldü. Azərbaycan müxtəlif səviyyələrdə müasir silahlarla silahlanmaq üçün hər cür tədbiləri gördü. Bizim hesablamalarlmıza görə Azərbaycanın təkcə hərbi xərcləri Ermənistanın ümumi büdcəsi qədər olub”.

Q.Hacıyev hesab edir ki, torpaqların işğaldan azad olunması ilə bağlı keçirilən hazırlıqlar və digər məsələlər daim Azərbaycan tarixçilərinin diqqətində olub, izlənib. Onun sözlərinə görə, son dövrlərdə Azərbaycan tarixçilərinə yaradılan şəraitə uyğun olaraq hər bir tarixi hadisə qeydə alınıb. Eləcə də siyasətçilər tərəfindən qiymətləndirilib, təbliğ olunub.

“Məhz belə bir dövrdə başlamış II Qarabağ müharibəsi I Qarabağ dövründə vurulan ağır zərbələrin, maddi, mənəvi ziyanların xeyli hissəsini yüngülləşdirdi, bu dərdi, bəlanı xalqın başının üzərindən götürdü.

 

“Nəhayət, Azərbaycan xalqı başını dik tutmağa, sözünü deməyə imkan qazandı. 30 il işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Sərhədlərimizdə Azərbaycan əsgəri dayandı. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Məhz Onların qanı-canı hesabına erməni mənfurları Azərbaycan torpaqlarından qovuldu. Hələ də ərazilərimizdə bir qrup erməni mənfuru qalıb, onların da rədd olub getmələrindən başqa çarələri yoxdur”.

Q.Hacıyev 250 illik tarixi müddət ərzində Azrbaycan torpaqlarının işğal olunması, ayrı-ayrı hissələrə bölünməsi və hər bir Azərbaycan ailəsinin taleyində vətənsizlik, qaçqınlıq, deportasiya, represiyanın izlərinin olduğunu xatırladıb.  

“Bu vaxta qədər Azərbaycandan işğal olunmuş torpaqların bir qarışı da geri qaytarılmamışdı. Amma Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş bir hissəsi geri qaytarıldı. Bu Azərbaycanda belə bir inam yaratdı ki, Qərbi Azərbaycan torpaqlarımız da azərbaycanlıların səlahiyyətinə qaytarıla bilər, azərbaycanlılar ata-baba yurdlarına qayıda bilər, ata baba yurdlarında öz qəbirlərini ziyarət edə bilərlər. Ona görə də bizim tarixçilər, şərqşünaslar, qafqazşünaslar prosesləri izləyir, baş verənlərlə bağlı müsahibələr verir, kitablar, məqamlələr yazırlar”.

Q.Hacıyev eyni zamanda qeyd edib ki, 2020-ci il 27 sentyabrda Azərbaycan ordusunun erməni hərbi həmləsinə qarşı əks hücum əməliyyatı Azərbaycan xalqına nə qədər başucalığı gətirdisə,  Azərbaycana qarşı əks mövqe sərgiləyən İran rejimini  aktivləşdirdi və təbii olaraq Azərbaycan dövlət rəsmilərinin sərt münasibətləri ilə üzləşdilər.

 

“Eləcə də şimaldan gələn təhdidlərin qarşısı alındı, böyük bir ümidlər yaratdı. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində beynəlxalq aeraportların tikilməsi,  ərazilərin bərpası üçün görülən işlər xalqımızı sevindirdi. Xalq bir arzu-niyyətlə yaşayır ki, nəhayət Zəngəzur yolu açılacaq və O, bu yoldan, kommunikasiya xətlərindən istifadə edərək, həm Naxçıvana, Türkiyəyə və digər qardaş ölkələrə getmək imkanı qazanacaqdır. Azərbaycanda dövlət başçısının liderliyi ilə aparılan bu siyasət yolların, kommunikasiyaların açılmasına səbəb olacaq”.

 

Q.Hacıyev qeyd edib ki, öz məqsədimizə yaxınlaşmaq üçün indiyədək ermənilərin Azərbaycanda törətdiyi cinayətləri dünya ölkələrində təbliğ etmək, yazamaq, nəşr etdirmək, eləcə də əsərləri müxtəlif xarici dillərə tərcümə edib dünya ictimaiyyətinə çatdırmaq lazımdır.

“Tarixçilər yaradılan şəraitdən istifadə edərək, bu istiqamətdə öz istəyinə nail ola biləcək. Azərbaycan alimləri öz sözünü deyə biləcək. Azərbaycan alimləri, xalqı birlikdə Azərbaycan dövlətinin inkişafına nail olacağır. Bu mənada Qərbi Azərbaycan icmasının yaranması çox vaxtında atılan əhəmiyyətli bir tədbirdir. Azərbaycan xalqının bütövlük tələbi gündəm olduğu bir vaxtda Qərbi Azərbaycanın yaranması çox strateji addımdır. Cəmiyyətimiz dünyaya sübut eləməlidir ki, o torpaqlar Azərbaycanındır və yerləri yalnız azərbaycan türkləri qoruya bilər, inkişaf etdirə bilər.  Ermənilər istəsə də, istəməsə də Azərbaycan xalqı öz torpaqlarına qayıdacaq, tarixi torpaqlarına sahib çıxacaq. Hamımızın ümumi birliyini təşkil edib, bu təbliğatın içərisində olmalıyıq”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı