İtaliya kino ulduzları Bakıda

23:22 26-01-2019 | icon 691 | Mədəniyyət
İtaliya kino ulduzları Bakıda

 

Yanvarın 25-30-da Bakıda Beynəlxalq Kinofestival çərçivəsində Azərbaycan və İtaliya filmləri nümayiş olunacaq.

 

Versus.az xəbər verir ki, yanvarın 25-də Nizami Kino Mərkəzində ilk dəfə olaraq İtaliya-Azərbaycan filmlərindən ibarət kinofestivalın açılışı olub. Festival film istehsalı şirkəti İmaqo Group, United Cultures və Sandro Teti Editore şirkıtləri ilə birgə həyata keçirilir.

 

Bu festival İtaliya-Azərbaycan kino sənayesinin keçmişini və bu gününü təbliğ etmək məqsədi ilə keçirilir. Film nümayişindən əvvəl İtaliyadan gələn kino ustadları ilə mətbuat konfransı keçirildi.

 

Konfransda İtalyanın məşhur aktyoru, illər öncə sovetlər dövründə yayımlanan “SPRUT” dedektiv televiziya filmində Tano Kariddi mənfi obrazı ilə tanınan və hazırki kinifestivalın münsiflər heyətinin sədri Remo Cirone, festivalın bədii rəhbəri fejissor və ssenarist Klaudio Rossi Massimi və başqaları iştirak edirdi.

 

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş müşaviri Almaz Sultanzadə bu festivalın hər iki ölkənin mədəniyyəti üçün olan böyük rolunu vurğuladı. O, bu layihənin fərqliliyini də qeyd etdi.

 

Beləki, festivalın qalibləri “Zoroaster award” ilə mükafatlandırılacaqlar. Aktyor Remo Ceroni və rejissor Klaudio Rossi Massimi çox böyük təəssüflə bildirdilər ki, Azərbaycan kinosu ilə tanış deyillər və ümid edirlər ki, bu festivalda nümayiş olunan filmlərı layiqincə qiymətləndirə biləcəklər.

 

Bu beş gün ərzində kinofestival çərçivəsində həmçinin seminarlar, dibatlar, master klasslar və bir neçə digər tədbirlər keçiriləcək ki, burada hər bir azərbaycanlı aktyor və rejissor iştirak edə bilər. Filmlər isə Nizami Kino Mərkəzində və Landmark Cinemada nümayiş olunacaq. Giriş pulsuzdur.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol