Muzeydə “ARXEO” klubun təqdimat mərasimi keçirilib

17:22 27-01-2019 | icon 913 | Mədəniyyət
Muzeydə “ARXEO” klubun təqdimat mərasimi keçirilib

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “ARXEO” klubun təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan dəvət olunmuş arxeoloqlar – t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Ceyhun Eminli, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müdiri, t.ü.f.d., dos. Roza Arazova, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin tarix müəlliməsi Sevil Nəsibova və liseyin V sinif şagirdləri, Xəzər Universitetinin tələbələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamladı. Qeyd etdi ki, klubun yaradılması əsasən məktəblilərin, gənclərin maariflənməsinə, tarix və arxeologiya elminə daha dərindən bələd olmalarına xidmət edir. Muzey sadəcə eksponatların fondlarda toplanması ilə yox, həm də onların gənclər arasında təbliğ edilməsilə məşğuldur. Muzeyin Arxeologiya elmi fond şöbəsinin nəzdində yaradılan “ARXEO” klubun əsas məqsədi də budur.

 

Daha sonra “ARXEO” klubun rəhbəri Esmira Rəhimova çıxış edərək, tədbirdə iştirak etdiklərinə görə qonaqlara təşəkkür etdi. Qeyd etdi ki, klubun yaradılmasında əsas məqsəd orta məktəb şagirdlərinə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirməkdir. Həmçinin, xalqımızın qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı biliklərini dərinləşdirmək, arxeoloji irsin qorunması və öyrənilməsi kimi mütərəqqi bacarıqları aşılamaqdır. Eləcə də onların arxeoloji abidələrimiz və maddi mədəniyyət nümunələrimizlə bağlı mövcud təsəvvürlərini genişləndirməkdir. Klubun vəzifələri isə elmi seminarların və sərgilərin keçirilməsi, arxeoloji abidələrə və digər tarix-mədəniyyət obyektlərinə ekskursiyaların aparılmasıdır.

 

Eyni zamanda bilik yarışmalarının və müsabiqələrin, tanınmış tarixçi, arxeoloq və digər elm xadimləri ilə görüşlərin təşkili, eləcə də əlamətdar tarixi hadisələrin qeyd olunmasıdır. E.Rəhimova Muzeydə Sovet hakimiyyəti illərində də “Gənc Arxeoloqlar Dərnəyi” (1948) və “Qırmızı Qərənfillər Təşkilatı” (1970) kimi arxeologiyanı təbliğ edən klubların fəaliyyət göstərdiyini, “ARXEO” klubun da bu istiqamətdə çalışacağını bildirib və gələcək planları haqqında məlumat verib.

 

Daha sonra Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva çıxış edib. İnsanın fani, elmin isə əbədi olduğunu vurğulayan alim gənclər arasında tarix və arxeologiyanın təbliğ edilməsinin əhəmiyyətindən, klubun bu sahədə oynayacağı roldan danışıb. Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan dəvət olunmuş arxeoloqlar – t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Ceyhun Eminli, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müdiri, t.ü.f.d., dos. Roza Arazova da çıxış ediblər.

Azərbaycanda arxeologiya elminin inkişaf tarixindən, iştirak etdikləri arxeoloji ekspedisiyalardan söz açıblar. Muzeyin bu elmin tədqiqində və təbliğində oynadığı roldan, arxeologiyanın təbliğində beynəlxalq təcrübəni öyrənmənin əhəmiyyətindən bəhs ediblər. Gənc nəslin, məktəblilərin tariximizi, arxeologiya elmini öyrənməsində yeni yaranan bu klubun oynayacağı fəaliyyətdən danışıblar. Həmçinin, klubla əməkdaşlıq edəcəklərini bildirib, müvəffəqiyyət arzu ediblər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi