“Peşələr” mövzusunda açıq dərs
Abşeron rayon Xırdalan şəhər 7 saylı tam orta məktəbdə Xarici dil fənn aylığı çərçivəsində açıq dərs keçirilib.
Versus.Az-ın məlumatına görə, məktəbin Rus dili müəlliməsi Aynurə Rəcəbova "V e" sinfində “Peşələr” mövzusunda açıq dərs keçirib.
Dərs zamanı şagirdlər müxtəlif peşə sahələri üzrə kiçik dialoqlar hazırlayıb, hecaları birləşdirməklə müxtəlif peşə sahələrinin adlarını tamamlayıb və onlar haqqında məlumatlar veriblər.
Dərs zamanı şagirdlər onlara tanış olmayan peşə sahələri ilə də tanış olub.
Versus.Az
Xəbər lenti
Təmizlik vasitələri beyni zəhərləyir
Autizm və dağınıq sklerozun inkişafına vasitə ola bilər