Göbəkdən irin gəlirsə...

10:00 15-01-2023 | icon 3628 | Sağlamlıq
Göbəkdən irin gəlirsə...

Nərminə Abbasova: “Bəzən infeksiya qan damarı ilə yoluxa bilər”

 

Omfalit göbək həlqəsinin, göbək dibinin bakterial iltihabıdır. Omfalitin sadə, fleqmonoz, nekrotik formaları var.


Mövzuyla bağlı Versus.Az-ın oxucularını məlumatlandıran ailə həkimi, həkim-terapevt Nərminə Abbasova öncə onu qeyd etdi ki, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzində bu sahə üzrə də uzman həkimlər var, istəyənlər xidmətlərdən yararlana bilərlər.

 

Nərminə xanım bildirdi ki, yenidoğulanların xəstəlikləri içərisində göbəyin irinli septiki xəstəliyi birinci yerlərdən birini tutur. Onun sözlərinə görə, göbəyin irinli infeksiyası lokal prosesdən ağır sepsisə qədər təzahür ola bilər:

 

“Omfalit ən çox streptokokk və stafilokokklar tərəfindən törədilir. Nadir hallarda göbək ciyəsinin sarğısı zamanı yoluxma baş verə bilər. Yoluxma körpənin həyatının ikinci və on ikinci günü arasında baş verir ki, bu da uşağın sidiyi, nəcisi ilə qulluğ edən personalın əlləri ilə və ya digər əşyalar vasitəsi ilə göbək güdülünün yoluxması nəticəsində baş verir.

 

 

Ailə həkimi qeyd edib ki, bəzən infeksiya qan damarı ilə yoluxa bilər:

 

“Bu zaman göbək güdülü düşdükdən sonra törədici göbək yarasından göbəkətrafı toxumalara daxil olur. İnfeksiya göbək damarlarına keçərək iltihabi proses yaranır. İltihabın yaranması nəticəsində fleqmona inkişaf edir. Əgər prosesə venalar qoşulursa, flebit meydana çıxır”.

 


Simptomlara gəlincə, Nərminə xanım bildirdi ki, sadə formasında (nəm göbək), yoluxmuş göbək yarası seroz - irinli və seroz maye ilə dolu olur, o gec sağalır:

 

 

“Sağalma prosesində qartmaqlar əmələ gəlir. Göbək yarası bir neçə həftəyə sağala bilər. Bu zaman körpənin umumi vəziyəti kafi olur, yuxusu, iştahası pozulmur, uşağın çəkisi yaxşı artır.
Fleqmanoz formada göbək ətrafı toxumalar prosesə cəlb olunur. Bu zaman göbəkətrafı dəri qızarır, şişkinləşir. Göbək yarasının dibində xorac
ıq əmələ gəlir. Bəzən gobək ətrafı nahiyəyə toxunduqda irin xaric ola bilər. İltihab prosesi lokal-yerli olaraq qalır və ya qarnın ön divarına qədər yayıla bilər. Bu zaman uşağın umumi vəziyyəti dəyişir, iştahı azalır, hərarəti yüksəlir, dispepsiya, cəkinin azalması ola bilər.

 

 

DİQQƏT!

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA xəstəlikdən əziyyət çəkən hər kəsi müalicə üçün Klinikaya dəvət edir. Burada pasientləri mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı