Prezident Davosda "Rossiya 1" televiziyasına müsahibəsində deyib

17:05 28-01-2019 | icon 347 | Siyasət
Prezident Davosda "Rossiya 1" televiziyasına müsahibəsində deyib

 

Əgər bütün ölkələr neft hasilatının azaldılması məsələsinə məsuliyyətlə yanaşsalar, yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq.

 

Versus.Az Azərtac-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Rossiya 1" televiziya kanalına müsahibəsində deyib.

 

Dövlətimizin başçısı "Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?" sualına cavabında qeyd edib:

"Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur".

 

"Ötən ilin sonunda məlum oldu ki, Amerikanın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?" sualına gəlincə, Prezident İlham Əliyev belə təcrübənin əvvəllər də olduğunu bildirib:

 

"Azərbaycan, sizin artıq qeyd etdiyiniz kimi, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir. Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni, bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır".

 

Azərbaycan Prezidenti əlavə edib ki, hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir:

"Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq. Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib".

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI