Xəstələrin həyatı üçün təhlükə saçan tibb məntəqəsi

12:58 18-01-2023 | icon 551 | Sosial
Xəstələrin həyatı üçün təhlükə saçan tibb məntəqəsi

Ağdaş rayonun Qaradeyin kənd Ailə Sağlamlıq Mərkəzi bərbad vəziyyətə düşüb.

 

Bu barədə Yuxarı Şirvan bürosuna yerli sakinlər məlumat veriblər.

 

Onların sözlərinə görə, uzun müddətdir Mərkəzin binasının dam örtüyündə qırıqlar, döşəməsində çürüklər, divarlarında isə çatlar əmələ gəlib. Eyni zamanda, binanın qapı-pəncərəsi sınıb.

 

Məlumata görə, tibb müəssisəsinin inzibati binası ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilib. Mərkəz vaxtilə rayonun 4 kəndinin 10 000-ə yaxın əhalisinə keyfiyyətli tibbi xidmət göstərib. İnsanlar burada yüksək səviyyəli müayinə və müalicələr alıblar. Amma bir neçə il əvvəl mərkəzin binası istismar müddətini başa vurduğundan burada acınacaqlı vəziyyət yaranıb.

 

Sakinlər deyirlər ki, Mərkəzin dam örtüyündə müəyyən qırıqlar olduğundan yağış yağanda otaqlar su ilə dolur. Bununla yanaşı, kənddə mavi yanacaq olmadığından, eləcə də elektrik xətləri qəzalı olduğundan bina odun sobası ilə isidilir.

 

Səhiyyə müəssisəsinin mövcud vəziyyəti ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi heç bir təmir-bərpa işləri aparılmayıb.

 

Kənd camaatı bildirib ki, aidiyyəti şəxslər hər dəfə yeni inzibati binanın tikiləcəyi ilə bağlı müxtəlif vədlər veriblər. Mərkəzin tibbi personalından razılıq edən sakinlər bu binanın təmir edilməsini və ya yenidən qurulmasını, eləcə də müasir tibbi avadanlıqlarla təchiz olunmasını istəyirlər.

 

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, Mərkəzin mövcud durumundan xəbərdardırlar. Həmçinin qeyd edilib ki, tibb ocağının binasının yaxın müddətdə təmir olunması nəzərdə tutulur.

 

Vurğulanıb ki, hazırda ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirmə işləri aparılır:

 

“Poliklinikalar və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri yaradılıb. Ailə həkimi modelinin tətbiqinə başlanılıb. Bu işlərin davamı olaraq kənd məntəqələrinə rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilir və tibbi müayinələr təşkil edilir. Qaradeyin kəndində də yerləşən Ailə Sağlamlıq Mərkəzi 10 min nəfərə xidmət göstərir”. /Report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...