Deputatdan müəllim-şagird davasına REAKSİYA

11:32 23-01-2023 | icon 345 | Təhsil
Deputatdan müəllim-şagird davasına REAKSİYA

"Məktəblərdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtıdır"

 

19 yanvar 2023-cü il tarixində Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin VI sinif şagirdlərinə qarşı zor tətbiq etməsi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin ürəkaçan vəziyyətdə olmadığını bir daha göstərdi.

 


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.


“Əlbəttə, yalnız müəllimi günahkar çıxarmaq fikrim yoxdur. Ola bilsin, şagirdlər müəllimi əsəbləşdiriblər. Ancaq heç bir halda müəllim öz adına yaraşmayan davranışa yol verməməli idi. Çünki müəllim öyrədən və tərbiyə verəndir. Öyrətmək və tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir”, - deputat qeyd edib.    

 


C.Məmmədov hesab edir ki, məktəblərdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb:

““Nə etməliyik?” məsələsinə gəldikdə hesab edirəm, məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirməliyik. Söhbət həm profilaktik söhbətlərdən, həm də maarifləndirmə tədbirlərindən gedir.

Eyni zamanda, məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə belə məsələlərdə diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməli, qaydaları pozan müəllimlər ciddi cəzalandırılmalıdır. Təcrübəsi yetərli olmayan, direktor olmağa layiq olmayan insanlar məktəblərə rəhbər təyin edilməməlidir. Eyni zamanda, müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalı, onları alçalda və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bununla yanaşı, sözügedən məsələnin psixoloji və sosioloji səbəblərinin araşdırılması istiqamətində tədbirlərə başlamalıyıq”. 

 


Millət vəkili müəllimlərə çağırış da edib:

“Fürsətdən istifadə edib üzümü bütün müəllimlərə tutaraq, onları şagirdlərlə rəftarda zor tətbiqindən uzaq olmağa çağırıram. Unutmayın ki, müasir dövrün şagirdləri ilə daha çox dostluq etmək lazımdır. Onlara zor tətbiq etmək əks nəticə verəcək. Buna əməl etmədikcə belə insidentlərin sayı daha çox olacaq. Bu bir reallıqdır ki, Z və Alfa nəsli fərqli nəsillərdir. Qarşıdan isə hələ Beta nəsli gəlir.

Onu da unutmayın ki, belə hallar müqəddəs olan müəllim adına da xələl gətirir, onu nüfuzdan salır. Bu adın saflığını və paklığını qorumaq hər birimizin müqəddəs borcudur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin