Bakıda dəhşət - ƏRİNİ BALTALADI
Bakıda qadın ərini baltalayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 28 yaşlı Lalə İmaşova yaşadığı evdə əri 36 yaşlı Ceyhunun başına balta ilə xəsarət yetirib.
Hadisəni törədən L.İmaşova tutulub.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başladılıb və araşdırma aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"